Avropa Azərbaycanlıları Konqresi 31 mart soyqırımı ilə bağlı müraciət yayıb

31-03-2016, 17:30
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/8eee30bdcd22238e9556f9a42779c339.jpg


Avropa Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin insan hüquqları idarəsinə, bu qitədə fəaliyyət göstərən müxtəlif ictimai-siyasi qurumlara, dövlət və qeyri-hökumət təşkilatlarına müraciət ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, alman və ingilis dillərində yayımlanan müraciətdə 98 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə anılır.
Müraciətdə Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, eləcə də Qərbi Azərbaycan ərazilərində qəbiristanlıqların, tariС…i və mədəni abidələrin, məktəb, С…əstəС…ana və digər binaların ermənilər tərəfindən darmadağın edilməsinə dair məlumat verilib.
Bildirilib ki, 1918-ci il mart soyqırımından 98 il keçməsinə baxmayaraq, erməni millətçilərinin törətdikləri bu qırğınlar hələ də öz hüquqi qiymətini almayıb. Cəzasızlıq erməni millətçilərini Azərbaycan xalqına qarşı yeni soyqırımlar törətməyə ruhlandırıb və 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələri Azərbaycanın Xocalı şəhərinə hücuma keçərək dinc əhaliyə amansız divan tutub.
Müraciətdə dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət vermək tələb olunub. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinə çevirən Ermənistana sanksiyalar tətbiq etməyə, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarına biganə yanaşmamağa çağırılıb. Müraciətdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün dünya ictimaiyyətinin və nüfuzlu qurumların bütün imkanlarını səfərbər edəcəyinə inam ifadə olunub.

Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация