Səfir: Azərbaycanlıların soyqırımının kökündə "böyük Ermənistan" xülyası dayanır

31-03-2016, 17:45
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/f3ef7c385f638746ab0a18222d0dd2e6.jpg


Çin Xalq Respublikasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
Azərbaycanın Çindəki səfirliyində təşkil olunan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Lətif Qəndilov ermənilərin 1918-ci ildə Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Ећamaxıda, Qubada törətdikləri qanlı hadisələrdən danışıb. Bildirib ki, bu hadisələrin kökündə bəzi dövlətlərin siyasi məqsədləri üçün alət olaraq istifadə etdikləri ermənilərin "böyük Ermənistan" kimi sərsəm xülyası dayanır. Müxtəlif dövrlərdə erməni millətçilərinin törətdiyi soyqırımı aktları nəticəsində on minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Düşmənin məqsədi Cənubi Qafqazda azərbaycanlıları, türk-müsəlman əhalisini məhv etmək olub.
L.Qəndilov ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanının əhəmiyyətini vurğulayıb. O, müasir dövrdə dünyada gedən siyasi proseslərə toxunaraq, XX əsrin sonlarında əldə etdiyimiz müstəqilliyin qorunması üçün xalqımızın dövlətçiliyə sadiqliyinin vacibliyini diqqətə çatdırıb, gənc nəsli tariximizi dərindən öyrənməyə və keçmişimizi unutmamağa çağırıb.
Tədbirin sonunda bu qanlı hadisələrdən bəhs edən sənədli film nümayiş olunub.
Səfirliyin azərbaycanlıların soyqırımına dair hazırladığı məlumat Çinin Xarici İşlər Nazirliyinə, tədqiqat mərkəzlərinə, kütləvi informasiya vasitələrinə, Pekindəki səfirliklərə göndərilib.

Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация