Gürcüstan səfiri Azərbaycanın multikultural təcrübəsini yüksək dəyərləndirib

31-03-2016, 18:00
0
Жалоба

http://www.azerbaijan-news.az/images/contents/7da352b11ed83673b57bea2aded965a5.jpg


Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların real tolerantlıq və əsl multikultural həyat tərzinin hökm sürdüyü Azərbaycanın təcrübəsi yüksək dəyərləndirilməlidir.
Bu fikri Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Ећaraşenidze Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Ећeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı səsləndirib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmimi şəraitdə keçən görüşdə Azərbaycan və Gürcüstan xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin, bütün sahələrdə mövcud səmərəli əməkdaşlığın daha da möhkəmlənməsinin hər zaman prioritet səciyyə daşıdığı vurğulanıb. Azərbaycan və Gürcüstanı bir körpünün iki dayağına bənzədən səfir qonşu, qardaş xalqlarımız və dövlətlərimiz üçün bu körpünün möhkəmliyinin həyati əhəmiyyət kəsb etdiyini bildirib. O, Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə, ölkə həyatına daha sıx inteqrasiyası, dini-mənəvi tələbatlarının ödənilməsi yönündə görülən işlər barədə şeyxülislam A.Paşazadəyə ətraflı məlumat verib, bölgədə ənənəvi dini dəyərlərin qorunub saxlanılmasının vacibliyindən söhbət açıb.
Səfir Azərbaycan xalqının, Qafqazın nüfuzlu şəxsiyyəti kimi səciyyələndirdiyi şeyxülislam Allahşükür Paşazadənin beynəlxalq miqyasda dinlərarası dialoq işinə böyük töhfələr verdiyini xüsusi vurğulayıb. Qeyd edib ki, QMİ sədri Azərbaycan və Gürcüstan arasında dini-mənəvi əlaqələrin inkişafı üçün dəyərli səylər göstərib, dəfələrlə Gürcüstanda mötəbər beynəlxalq tədbirlərin təşkilatçısı və fəal iştirakçısı olub. A.Paşazadənin Ümumgürcüstan Patriarxı II İliya ilə uzun illər ərzində qardaşlıq, xalqlarımızın ümumi mənafe və rifahı naminə əməkdaşlığının böyük dəyər kəsb etdiyini bildirən səfir, bu əlaqələrin davamlı olacağına, gələcəkdə də birgə mötəbər tədbirlərin keçiriləcəyinə əminliyini ifadə edib.
Dəyərli qardaşı II İliyaya salamlarını çatdırmağı xahiş edən Ећeyxülislam A.Paşazadə Azərbaycan və Gürcüstan xalqları, dövlətləri arasında bütün müstəvilərdə əlaqələrin inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə səfir T.Ећarazenidzeyə dərin təşəkkürünü bildirib, gələcək fəaliyyətində uğurlar diləyib.
Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub.

Mənbə: http://www.azerbaijan-news.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация