Təbabət tarixində həkimlər ilk dəfə onurğa beyni iflicini sağalda biliblər

1-04-2016, 16:45
517

http://www.azerbaijan-news.az/images/contents/668202b15e76b2c22b8f643b73f514b0.jpg


Amerika alimləri nadir bir layihəyə imza ataraq uğurla onurğa beyni iflicini sağalda biliblər.
AZƏRTAC wek.ru saytına istinadla xəbər verir ki, Kaliforniya Universitetindən olan Mark Tuşinskinin rəhbərliyi altında bir qrup neyrofizioloq laboratoriya gəmiriciləri üzərində eksperimentlər aparıb. Nəticədə tədqiqatçılar kök hüceyrələrindən alınan neyronlardan istifadə etməklə, siçovulların iflic edilmiş onurğa beyninin bütövlüyünü ilk dəfə bərpa ediblər. Bunun üçün alimlər kök hüceyrələrini onurğa beyninə yeridiblər. Bir müddət sonra verilmiş hüceyrələrin eynilə onurğa beyninin əsas hüceyrələri kimi fəaliyyətə başladığı məlum olub. Belə ki, yeni hüceyrələr sayəsində siçovulların hərəkətliliyi bərpa olunub.
Tədqiqatçıların fikrincə, artıq yeni metod sayəsində tezliklə zədə üzündən iflic olan insanları sağaltmaq mümkün olacaq. Bununla belə, yeni metod hələ təsdiqini tapmayıb. Çünki əvvəllər analoji tədqiqatlar aparılsa da, müsbət nəticələr əldə edilməyib.
Elmi mənbələrdə isə bildirilir ki, Hindistandan olan qadın onurğa şişlərindən kök hüceyrələrinin tətbiqi sayəsində yaxa qurtara bilib.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: