"Qərbi Abşeron"da daha bir horizontal quyu istismara verilib

30-04-2016, 08:30
325

http://s019.radikal.ru/i613/1604/c9/bb4ade7714d5.jpg


"Qərbi Abşeron" yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 20 nömrəli horizontal quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə SOCAR-AQЕћ tərəfindən qirməki lay dəstəsinə qazılmış quyu dalma nasosu üsulu ilə məhsul verib, 771-688 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Horizontal qazma üsulu müasir texnika və texnologiyalardan istifadə edilməklə, həmçinin süzgəclərin buraxılması hesabına məhsuldarlığı artırır və hasilatın sabit saxlanılmasına zəmin yaradır.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: