ASAN gənclərinin devizi: Sağlam nəqliyyat bərabərdir sağlam gənclik

2-05-2016, 13:30
387

http://s019.radikal.ru/i638/1605/96/8d06360b885e.jpg


Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllüləri Təşkilatı və Yaşıl ASAN-nın təşəbbüsü ilУ™ "Sağlam nəqliyyat bərabərdir sağlam gənclik" devizi altında veloyürüş keçirilib.

ASAN könüllülərinin təşəbbüsü ilə icra olunan layihənin məqsədi gənclərin diqqətini sağlam həyat tərzinə yönəltmək olub. Layihəyə əsasən 100-ə yaxın velosipedçi əvvəlcədən planlaşdırılan marşrut üzrə şəhərin 28 May küçəsindən veloyürüşə başlayıb. İştirakçılar əvvəlcə Zəfər Tağına, daha sonra isə mərkəzi küçə və prospektlərdən keçərək ASAN xidmət mərkəzinə gəliblər.

Sonda veloyürüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib və bütün layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: