Qələbə Günü münasibətilə Sumqayıtda təntənəli yürüş

10-05-2016, 08:30
544

http://www.azerbaijan-news.az/images/contents/be7a55ac84cc6e5a9def0780cb64ee20.jpg


İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü mayın 9-da Sumqayıtda da geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə müharibə veteranları, şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə əklil və gül dəstələri düzülüb.
Sumqayıt Ећəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müharibənin bəşəriyyət üçün dəhşətli nəticələrindən, faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan, Bakı neftinin müstəsna rolundan danışıb.
Çıxış edən veteranlar onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun "N" saylı hərbi hissəsinin əsgərləri, "Ећahin" hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin üç mindən çox şagirdi hərbi orkestrin müşayiəti ilə yürüş ediblər. Yürüş Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: