"Google" smartfonda eksperimentlər aparmaq üçün servis istifadəyə verib

24-05-2016, 15:00
474

http://i069.radikal.ru/1605/9e/5ed60cb663b9.jpg


Müasir smartfonlar çoxsaylı müxtəlif ötürücü və sensorlarla təchiz edilib ki, onların da bəzilərinin mövcudluğu barədə istifadəçilərin ümumiyyətlə məlumatı yoxdur. "Google" şirkətinin nümayəndələri hesab edirlər ki, bütün bu ötürücülərdən eksperiment və tədqiqatlar aparmaq üçün elmi məqsədlərlə istifadə etmək olar. Belə ki, "I/O 2016" proqram tərtibatçıları konfransı çərçivəsində təqdim edilən yeni "Science Journal" xidmətinin köməyi ilə bütün smartfon sahibləri elmi layihələr apara, proqnozlar tərtib edə, sınaqlar keçirə və əldə olunan məlumatları təhlil edə bilər.

"Science Journal" əlavəsi məqsədi uşaqları müxtəlif tədqiqatlar və testlər aparmağa sövq etmək olan "Making and Science" proqramının tərkib hissəsidir. Əldə edilən bütün məlumatlar təhlil olunur, qrafikə daxil edilir, eləcə də gələcək nəticələrin proqnozlaşdırılması üçün istifadə olunur.

Həmçinin "Google" şirkəti "Science Journal" proqramı vasitəsilə hansı eksperimentlərin aparılmasının mümkün olması barədə məlumat almağa imkan verən xüsusi sayt istifadəyə verib.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: