Bu il Azərbaycanda 776,3 min ton dizel yanacağı istehsal olunub

31-05-2016, 14:30
0
Жалоба

http://s015.radikal.ru/i333/1605/f2/9eb7e9f5d1b4.jpg


Bu ilin ilk dörd ayında Azərbaycanda 776,3 min ton dizel yanacağı, 368,8 min ton avtomobil benzini, 60,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 217,6 min ton ağ neft, 355,6 min ton yanacaq mazutu, 2,1 min ton sürtgü yağları, 30,2 min ton neft bitumu və 44,1 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 840 milyon manat olmaqla 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz azalıb.

Mənbə: http://www.azertag.az


Добавить комментарий
yenilə, əgər kod görünmürsə

Авторизация