9 iyun

9-06-2016, 09:30
573

http://s05.radikal.ru/i178/1606/4b/47500ebb657e.jpg


1993-cü il. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gəlib. Binə hava limanında Heydər Əliyevi geniş xalq kütləsi qarşılayıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin (parlamentinin) sədri seçilməklə ikinci dəfə hakimiyyətə gəlib.

2011-ci il. Serbiyanın Novi Sad şəhərində Üzeyir Hacıbəylinin büstü açılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Boris Tadiç mərasimdə iştirak ediblər.

1989-cu il. Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov vəfat edib (1915-1989). Rəşid Behbudov Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. O, "Arşın mal alan" və "Bəxtiyar" filmlərində baş rollara çəkilib, Fikrət Əmirovun "Sevil" operasında Balaşın partiyasını ifa edib, Bakıda Mahnı Teatrını yaradıb.


Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: