Səyyar xidmətlər zamanı 463 vətəndaşa yeni şəxsiyyət vəsiqələri verilib

9-06-2016, 18:00
407

http://i056.radikal.ru/1606/15/db42323fd604.jpg


Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi sahəsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə səyyar xidmətlərin keçirilməsi davam etdirilir.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, növbəti belə tədbirlər respublikanın Gəncə və Sumqayıt şəhərlərində, eləcə də Qazax, Samux, İsmayıllı və Xızı rayonlarında təşkil olunub. Səyyar xidmətlər zamanı həmin şəhər və rayonlarda 463 vətəndaşa yeni şəxsiyyət vəsiqələri verilib.

Qaçqınların və məcburi köçkünlərin vəsiqələrlə sənədləşdirilməsinə xüsusi diqqət yetirilib. Belə ki, Qubadlı Rayon Polis Ећöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin əməkdaşları tərəfindən Sumqayıtda fəaliyyət göstərən Əliquluuşağı kənd tam orta məktəbində qubadlılılara səyyar xidmət keçirilib. Belə bir tədbir də Samux Rayon Polis Ећöbəsinin müvafiq xidmətinin əməkdaşları tərəfindən Kolayır kəndində yerləşən orta məktəbdə kəlbəcərlilər üçün təşkil olunub.

Gəncədə şəhər və şəhərətrafı qəsəbələrdə keçirilmiş səyyar xidmətlər zamanı ümumilikdə 102 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Qazax rayonunun Talıblar və Çaylı kəndlərində 165, İsmayıllı rayonunun Qubaxəlilli kəndində, eləcə də Xızı rayonunda keçirilmiş səyyar xidmətlər zamanı 196 vətəndaş yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: