Tural SAHAB."Postmodernistin cinsini dəyişdirə bilməməsi"

13-09-2015, 16:30
1 056 dəfə Oxundu.

Tural SAHAB."Postmodernistin cinsini dəyişdirə bilməməsi"

Tural SAHAB."Postmodernistin cinsini dəyişdirə bilməməsi"


Onun adı ilə....

Çox şeyi dəyişdirmək istəyirdi- ailəsini, cəmiyyəti, milləti ən əsası da cinsini. Bəli səhv duymadınız cinsini dəyişdirmək istəyirdi postmodernist köşə yazarı, şair, nasir Əliqulu Səhradaqum. Ancaq hələlik buna nə ailəsi, nə də yaşadığı cəmiyyət hazır deyildi. Cinsini dəyişdirmək istədiyini söyləsə ailəsi övladlıqdan rədd edər, ətrafındakı insanlar isə onu daşqalaq edib öldürərdi. Onun üçün ailəsinin və yaşadığı ölkənin insanlarının, ən əsası da gənclərinin düşüncələrini dəyişdirməli idi. Bunun üçün də postmodernizm ədəbi cərəyanını seçdi. Daha modernizmi anlamayan insanlara, modernizmdən sonrakı mərhələnin xaos, qaydasızlıq olduğunu anladacaqdı.....

Səhər tezdən utana- utana beşinci mərtəbədə yerləşən 21 nömrəli mənzilin qapısını döydü. Bura o gün üçün bərk gedən ədəbiyyat saytlarından birinin ofisi idi. Bir qədər sonra içəridən " qapı açıqdı gəl deyə bir səs duydu. Içəridə üç oğlan, iki nəfər də qız komputer arxasında əyləşib nəsə yazırdılar. Geyimlərindən müasir dünya görüşlü insanlar olduğunu anladı. Baş tərəfdə oturan sırğalı, incə saqqalı olan alçaqboylu kök bir oğlandı. Onun içəri girdiyini görüb ayağa qalxdı və çox mehribancasına onunla görüşdü. Bu saytın şef redaktoru idi. Onun üzündəki xoş aura içinə rahatlıq gətirdi. Ürəyi daha əvvəlki kimi döyünmürdü. Bir qədər söbətdən sonra digər işçilər də gəlib onunla tanış oldular. Və belə onun ilk iş günü başladı. Bəli, indi o çox məşhur saytın əməkdaşlarından biri idi. Inana bilmirdi sanki bu bir yuxudu və o, indi bu yuxudan ayılacaq- hər şey bitəcək ancaq bu yuxu deyildi. Saytda işə götürülməsinə səbəb yazdığı və mətbuatda qalmaqala səbəb olan bir yazı idi. Yazısında böyük sufi Ruminin eşcinsəl olduğunu söyləyib, fikirlərini də əsaslandırmağa çalışmışdı. Ећəms Təbrizi ilə aralarında olan münasibətin tək açıqlaması bu ola biləridi, onun fikirincə. Yoxsa bir kişi başqa bir kişiyə nə üçün sevgi məktubları, şeirlər yazsın ki. Belə bir yazı ilk dəfə yazılırdı, bu məmləkətdə. Onun üçün çox böyük əks səda doğurdu. Bir- iki nəfər çıxıb etiraz etsə də, mətbuatda Əliqulu və onu dəstəkləyənlərin yazıları işıqlandırıldı. Bir çox gənc bu yazılanları oxudu və nə yazıq ki, iki böyük şərq aliminə atılan bu iftiraya inandı və Əliqulu Səhradaqumu dahi bir yazar kimi qəbul etdilər. Indi ofisində olduğu saytdan da iş təklifi elə bu yazıdan sonra gəldi. Onlar belə bir gənci itirə bilməzdilər. Onlarla eyni fikirdə olan bu cavan oğlan həm sayta çoxlu oxucu gətirəcəkdi, həm də onların səsinə səs verəcəkdi..

əlbətdə ilk yazının eşcinsəllikdən yazılması heç təsadüf deyildi. Məsələ kütləni bu düşüncəyə alışdırmaq, " bax o boyda böyük yazar belə mavi olub" fikrini insanlara aşılamaq idi.

Indiyəcən şair düz üç dəfə toy eləmişdi. Maraqlı haldır elə deyilmi? ən böyük arzusu ərə getmək olan biri üç dəfə niyə arvad alsın ki?! Məsələ o idi ki, toydan yaxşı pul yığılırdı. Əvvəl toy edib, dostu tanışı dəvət edir, bir ay keçməmiş də arvadı boşayırdı. Ancaq ikinci arvadını boşama səbəbi bir az fərqli oldu. Bir gecə sevdiyi oğlanı evinə gətirdi və arvadı ilə birlikdə ona xidmət etdi. Bax bu gecənin sabahında yazıq qızcığaz kirmişcə şələ- küləsini toplayıb ata evinə getdi. Və heç kimə bir söz demədən özünü otağa həbs etdi. O qadın indi ağıl xəstxanlarının birində müalicə alır. Üçüncü evliliyi isə hələ da davam edirdi. Deyəsən ya özü ağılda birini tapdı, ya da bu qədər arvad boşamağın başına oyun açacağından qorxub, boşamadı arvadı... bax belə bir oğlandı bizim dahi yazarımız Əliqulu Səhradaqum.

Nə yazıq ki işlər hər zaman bizim istədiyimiz kimi getmir. Bəzən heç xoşlamadığımız şeylər də gələ bilir başımıza... belə hadisələrdən biri də Səhradaqumun başına gəldi. Yorucu iş günlərindən sonra dincəlmək, istirahət etmək- ən əsası da sevdiyi oğlanla vaxt keçirmək istəyirdi. Bunun üçün xarici ölkələrdən birinə üz tutmalı oldular. Axı bu məmləkətdə doyunca- ürəklərincə dincəlib, əylənə bilməyəcəkdilər. Nəsə eyni təyyarəyə ayrı- ayrılıqda bilet aldılar. Vaxt gəlib çatdıqda isə, yenə ayrı insanlar kimi mindilər və uçdular xəyallarındakı ölkəyə. Səhradaqum çox darıxmışdı sevgilisindən ötrü. Arvadı ilə ona işgəcə kimi gələn sevişmələrdən sonra özünü güclü kişi qollarında xəyal etdikcə dəli olurdu. Əlacı olsa elə burada onun olardı. Ancaq səbr etmək lazımdı. Həsrət nə qədər uzun olsa, vüsal o qədər şirin olar deyiblər. Buludların üzərindən keçdikcə ürəyi sevgi nəğmələri ilə dolurdu. Çox möhtəşəm görünürdü hər şey- buludlar, aşağıda kiçicik görünən dağlar, şəhərlər. Belə bir yerdə şeir də yazmayıb, harada yazacaqdı. Beləcə dəftərçəsini çıxarıb, ürəyindən axan duyquları yazmağa başladı. Yazdığı hər sözdə bir neçə yer öndə əyləşən uzunboylu sevgilisi vardı. Onu surpiriz etmək istəyirdi. Ehtiraslı yataq macəralarında qulaqlarına oxuyub, sevgilisini özündən çıxarmaq istəyirdi. Evə qayıdanda da arvadına yalandan - sənə yazmışam deyə bilərdi. Yazıq qadını xaricə iş üçün gedirəm demişdi. Beləliklə onun da ürəyini xoş eləmək istəyirdi. Halbuki, elə o evdən çıxandan yarım saat sonra arvadı da internetdə tanış olduğu oğlanla görüşmək üçün evi tərk etmişdi. Başqa nə olmalıydı ki, yataqda olsun, həyatda olsun onu xoşbəxt etməyə qadir olmayan bu kişiciyin yasını saxlayacaq deyildi ki?! Onunla evlənəndə çox xoşbəxt olacağını düşünmüşdü. Bu qədər gözəl sözləri yazan bir insanın qəlbi yəqin ki, sevgi ilə dolub daşırdı, ancaq nə yazıq ki, bunun belə olmadığını elə toy gecəsi öyrəndi. Hər bir gənc qızın arzusu idi gözəl bir gəlinlik geyinmək və o gəlinliyin sevdiyi kişi tərəfindən çıxarılması.. nəsə bu intim məsələyə girməyək..

Yavaş – yavaş Səhradaqumdan qopmağa başlamışdı. Bunu keçən hər gündə daha yaxşı anlayırdı. Axı o, bir qadındı və sevib, sevilmək istəyirdi. Elə bu günlərdə rastına çıxdı bu yaraşıqlı oğlan, virtual dünyada. Bir iki günün içində artıq canımlı- cicimli danışmağa başlamışdılar. Bax indi həmin o yaraşıqlı ilə görüşə tələsirdi şairin həyat yoldaşı. Səhradaqum buludların üzərində sevdiyi kişiyə şeir yazarkən, arvadı da sevgilisi ilə görüşə tələsirdi. Ürəyi 15 yaşında bir qızın qəlbi kimi döyünür, yanaqları qıp- qırmızı olmuşdu. Aman, Allah indi belədir, görəsən görüşdə- onun əllərini tutanda necə olacaq. Bir an qorxu bürüdü qəlbini, ya oğlan onu öpmək istəsə necə olacaq. Yəqin ki, qəlbi həyacandan dayanardı. Ancaq bütün qorxularına baxmayaraq görüşə tələsirdi. Görüş yeri binaların arasında salınmış balaca bir parkdı. Burada skamyalar yoxdu. Gələn sevgililər, ancaq betondan salınmış səddlər üzərində əyləşirdi. Bax belə bir gözdən- könüldən uzaq yerdə görüşəcəkdi sevdi oğlanla. Bəli, nəhayət ki, o an gəlib çatdı. Bax, odur- orada dayanıb siqaret çəkir. Onun gəldiyini görən kimi günahkar bir uşaq kimi, siqareti yerə atıb, ayağı ilə əzir. Cibindən çıxardığı saqqızı tez ağzına atır. Qadın oğlanın bu hərəkətlərini görüb gülümsəyir. Sən bir buna bax, yəqin məni öpməyi düşünür və siqaretin qoxusunu yox eləmək üçün ağzına saqqız atır. Nəhayət sevgililər görüşür. Əlini uzadır qadın. Çox mehribanlıqla əlini avuclarına alır. Hər ikisinin yanaqları qıpqırmızıdır indi. Oğlan utana- utana qadının əlini dodaqlarına aparır. Bu an iki ürək əl uzadır bir- birinə. Bundan sonra daha heç biri utanmır. Sevdiyi qadının əllərindən tutub, beton səddin üzərində əyləşir, əyləşirlər. Bir qədər oradan- buradan danışır gözlər. Sonra gözlər də susur və atəş kimi olan iki cüt dodaq bir- birini islatmaq üçün yaxınlaşır...

Bəli budur, təyyarə hava limanına enir. Daha burası onların xəyallarındakı yerdi. Burada heç kim narahat edə bilməz, heç kim bu sevgi üçün günahkar hesab etmz onları. Bir az sonra sərnişinlər yavaş- yavaş enir. Öndə sevdiyi oğlan, arxada isə o, sevinc dolu addımlarla taksilərin olduğu yerə yaxınlaşır. Sanki bir təsadüfmiş kimi eyni taksiyə əyləşirlər. Taksi bir xeyli oradan uzaqlaşandan sonra isə sevgiyə, ehtirasa susamış iki əl qovuşur. Başını sevgilisinin çiyninə qoyur. Bax bunun üçün sevir buraları. Öz ölkəsində etsəydi bu hərəkəti taksi sürücüsü maşından çölə qovar, hələ bəlkə maşınında pis gün üçün saxladığı odun parçası ilə onları qanlarına qaltan edərdi. Ancaq burada heç kimi yarqılamır onları. Və budur taksi hotellərin birinin önündə əyləşir. Sürücü ilə qiymət danışmadan- sayğacın yazdığı məbləği ödəyib, enirlər taksidən. Ећairin ürəyi az qalır yerindən çıxsın. Işçilərdən biri çantalarını alıb, onu izləmələrini söyləyir. Bax budur indi otaqlarına daxil olurlar. Dümağ pastellər, yatağın üzərində qırmızı gül ləçəkləri, masada hazır içgilər. Qapı örtülən kimi sevgilisinin boynuna sarılır Səhradaqum və onu öz ehtiraslı öpüşlərinə qərd edir. Doyunca sevişirlər, doyunca verir özünü sevdiyi kişiyə şair. Bu an dünyanın ən xoşbəxt qadını kimi hiss edir özünü. Elə o an da kədər bürüyür onu. Nə qədər çox istərdi indi, burada sevdiyi kişi ilə bir qadın olaraq sevişməyi.... cinsini dəyişdirmək arzusu onu qəmləndirdi. Ancaq üzülmək olmazdı bu anın, bu günlərin dadını çıxarmalıydı. Bir də kim bilir haçan sevdiyi kişi ilə bu cür ehtiraslı sevişə biləcəkdi. Kədərini dağıtmaq üçün yolda yazdığı şeiri kişisinin qulaqlarına pıçıldadı...

Bu bir neçə gün çox tez gəlib keçdi. Indi yenidən öz məmləkətində, öz işinin başında indi tanınmış yazıçı Əliqulu Səhradaqum. Ancaq xoşbəxtliyi çox çəkmədi. Aradan bir neçə gün keçmişdi ki, həyatını alt üst edə biləcək bir hadisə baş verdi. Necə olmuşdu, kim etmişdi bilmədi, ancaq sevdiyi kişi ilə olan yataq macərasını internetə qoymuşdular və kifayət qədər insan izləmişdi. Bəli, görkəmli yazarın mavi olduğunu hər kəs bilirdi. Bu hadisədən sonra ilk zərbəni arvadı vurdu. Onsuzda onunla boşanmağa bəhanə gəzən qadına gün doğmuşdu. Bu hadisəni bəhanə edib çox asanlıqla Səhradaqumdan canını qurtara bildi. Ailəsi, qohumları haqqında isə danışmağa ehtiyac yoxdu. Indi o işlədiyi saytın ofisindən kənara çıxa bilmirdi. Bu heç yaxşı olmamışdı, ancaq bu günlər keçəcəkdi. Bilirdi ki, onun vətənin insanları unutqandı. Aradan qısa bir zaman keçsin hər şey unudulacaq və o, yenidən sevimli yazar kimi oxucuları tərəfindən oxunacaqdı. Ancaq bu vaxta qədər yox olmalıydı. Bunun üçün də xarici ölkə səfirliklərindən birinə sığındı. Başına gələnləri oradakılar da az- çox bildiyindən ona qucaqlarını açdılar. Bir neçə gündən sonra ölkəni tərk etdi, özü də aid olduğu insanlar, cəmiyyət haqqında çox ağır sözlər söyləyərək. ..

Hər şərdə bir xeyir var deyiblər. Bu hadisə başına gəlməsə idi, indi yaşadığı ölkə ona sığınacaq verməzdi. Həm də olanlardan sonra tanımayanlar da onu tanıdı. Bir az da vaxt keçəndən sonra yazıları yenidən oxunmağa, fikirləri paylaşılmağa başladı. Bəli, indi mavi olduğunu gizlətmirdi də, əsas yazdıqları deyilmi, kimin nəyinə gərək onun cinsi həyatıı...anca bir arzusu hələ də həyata keçməmişdi- cinsini dəyişdirmək arzusu...



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam