ADAU-da magistr təhsili alan tələbələrlə görüş

8-10-2015, 17:00
1 327

http://s017.radikal.ru/i425/1510/e3/d2b9b548b011.jpg


Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin magistratura pilləsinin 1-ci kursuna qəbul olan tələbələrlə rektor İbrahim Cəfərovun görüşü keçirilib.
Məlumdur ki, magistr pilləsi həm də təhsildə elmi dərəcə hesab edilir. Bu pilləni bitirən tələbələr ali təhsil müəssisələrində bilik və istedadları daxilində istənilən işlə təmin belə olunur. ADAU-nunmətbuat xidmətindən verilən məlumata görə bu il magitratura təhsili almaq üçün 143 nəfər tələbə məhz bu universiteti seçib. Təkcə 100 nəfər tələbə Aqrar Universitetin öz məzunudur. Bununla yanaşı, Bakı Dövlət, Sumqayıt, Gəncə Dövlət, Texniki universitetdən və digər təhsil müəssisələrindən də burda magistr təhsili almaq üçün qəbul olunanlar var. Tələbələr ilk dərs günündə isə rektorla görüşüb və səmimi söhbət qurublar.
ADAU-nun rektoru, professor İbrahim Cəfərov tələblər qarşısında deyib ki, siz dövlət və elm üçün böyük əhəmiyyət kəsb edirsiniz. Elmin və dövlətin gələcəyi sizlərin əlindədir. Odur ki, müəllimlərinizə tələbkar olun və çoxöyrənməyə çalışın. Elmi nəzəriyyənin təcrübəyə tətbiqi üçün isə hər cür şərait var və siz bu şəraitdən istənilən formada bəhrələnə bilərsiniz.
Görüşdə tələbələr xaricdə təhsil, iş məsələsi, dil öyrənmək, təcrübələrdə iştirak etmək və başqa suallar səsləndirib və qaldırılan sualların hamısına da müsbət və onları razı salan cavablar alıblar.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: