Aqrar Universitetdə Müstəqillik günü qeyd edilib

17-10-2015, 19:00
1 036

http://i056.radikal.ru/1510/cf/64fe1d8c2fb0.jpg



Azərbaycan Dövlət Aqrar Universitetində dövlət müstəqilliyinin 24 illiyi qeyd edilib. Bütün fakülkətələrdə keçirilən tədbir universitetin baş binasında dəyirmi masa arxasında yekunlaşıb.
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə tədbiri universitetin prorektoru, dosent Aiədə Qasımova açıb, "Müstəqillik Günü"nün tarixinə nəzər salıb. Bildirib ki, 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir.
Universitetin Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri Azad Bayramov isə tarixi dəyərlərimizindən olan "Müstəqillik Günü"nün mahiyyətini təhlil edib, bir əsrdə 2 dəfə müstəqillik qazanan ölkənin ictimai, siyasi, iqtisadi həyatına nəzər salıb.
Tədbirdə tələbələrdən Günay İbrahimova, Aytac Səmədli, Xalidə Nəsibzadə çıxış edib, müstəqil Azərbaycan xalqının milli azadlıq tarixindən və bu yolda əldə etdiyi nailiyyətlərdən söz açıblar.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: