Aqrar Universitetdə Beynəlxalq praktik konfrans keçirilib

23-10-2015, 17:45
949

 http://s020.radikal.ru/i712/1510/05/f96259c64795.jpg


http://s019.radikal.ru/i617/1510/b8/b727929a0cd8.jpg


http://s015.radikal.ru/i330/1510/c0/829beba2732e.jpg


http://s017.radikal.ru/i408/1510/80/10b5f0bd036d.jpg


Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar elmin və təhsilin innovativ inkişafı: dünya təcrübəsi və müasir prioritetlər" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib.
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə, dünyanın 16 ölkəsindən 73 nəfər alim və tədqiqatçının iştirak etdiyi konfransın məqsədi 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar sahənin inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək üçün respublikamızın və dünyanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək, ortaq problemləri müzakirə etmək və onların həllinə tövsiyələr verməkdir. Amerika, Almaniya, Belçika, Fransa, Çexiya, Gürcüstan, İraq, İran, İtaliya, Hindistan, Pakistan, Polşa, Qazaxıtsan, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna, eləcə də respublikamızın aparıcı ali təhsil və elmi tədqiqat müəssisələrinin alim və tədqiqatçıların iştirak etdiyi konfransın materialları artıq 3 cilddə nəşr olunub.
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov nazir Heydər Əsədovun təbriklərini konfrans iştirakçılarına çatdırıb. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov konfransda aktual mövzulara həsr olunan məruzələrlə çıxışlarına görə qonaqlara kollektiv adından dərin təşəkkürünü bildirib, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, kadr hazırlığı sahəsində əldə olunan nailiyyətlər barədə danışıb.
Plenar iclasda dünya miqyasında tanınan rektorlar və professorlar aqrar elmin və təhsillin innovativ inkişafına dair aktual məruzələr ediblər. Dünyada ərzaq təhlükəsizliyi problemlər və onun həlli yolları, açıq və örtülü torpaq tərəvəzçiliyində yeni texnologiyaların tətbiqi, inteqrir bitki mühafizəsi, zərərverən orqanizmlərə qarşı mübarizədə pestisidlərin idarə edilməsi, dayanıqlı kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və ekoloji problemlər, baytar-sanitar tədbirləri, heyvandarlığın və quşçuluğun aktual problemləri, aqrar elmin, təhsilin və istehsalın inteqrasiyası, aqro və texnoparklar, elektron kənd təsərrüfatının yaradılması zəruriliyi və coğrafi informasiya sistemləri (CİS), qlobal istiləşmə şəraitində təbii resursların idarə edilməsi, aqrar iqtisadiyyat və kənd təsərrüfatı məhsullarının marketinqi kimi aktual mövzuları əhatə edən beynəxalq konfransda 300-dən çox məruzə dinləniləcəkdir.
Konfransda ABЕћ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost, Belçikanın Gent Universitetinin professoru Qiy Smaxer Azərbaycan Dövlət Aqrar Universitetinin Fəxri Doktoru adına layiq görülüblər.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: