ADAU-da amerikalı professor fermerləri maarifləndirib

3-11-2015, 12:30
972

http://s020.radikal.ru/i723/1511/96/d9b6dfa566b4.jpg

http://s019.radikal.ru/i639/1511/98/eb55bd5c94cf.jpg

http://i004.radikal.ru/1511/13/89fda398cd62.jpg



Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərinin davamı olaraq ABЕћ-ın İllinoys Universitetinin professoru Mohammad Babados bu dəfə Aqranomluq fakültəsində Qərb bölgəsində fəaliyyət göstərən fermerləri maarifləndirilib.

ADAU-nun mətbuat xidmətin məlumatına görə həmin görüşdə torpaqşünaslıq və aqranomluq ixtsasının tələbələri də iştirak edib, fermərlərlə aparılan disskusiyanın fəal iştirakçısı olublar. Kənd təsərrüfatında vacib yerlərdən birini tutan bitkiçiliyin inkişafı, bu sahədə mövcud problemlərin, eyni zamanda xəstəliklərin aradan qaldırılmasında söylənən elmi fikirlər və onun tətbiqi barədə məlumatlar həm fermerlər, həm də ADAU-nun tələbə-müəllimləri tərəfindən maraqla qarşılanıb.

Mohammad Babados görüş zamanı bildirib ki, bağlarda və sahələrdə məhsulun xəstəliklər səbəbindən yararsız hala düşməsinin qarşısını almaq çox vacidır. Burda birgə fikir mübadiləsi aparırıq ki, aqrar sahədə bu kimi neqativ halların qarşısını əvvəlcədən necə və hansı formada alaq. Yəqin ki, bu sahə ilə bağlı oxuduğum mühazirələr kənd təsərrüfatı ilə məşğul olan insanlara öz töhfəsini verəcək, mövsümü meyvələrdə və tərəvəzlərdə xəstəliklərin qarşısının alınması istiqmətində, eləcə də dərman preparatlarının düzgün tətbiq olunmasında bir istiqamət olacaqdır.


Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: