Səməd Bəy Mehmandarovun yubileyi Aqrar Universitetdə qeyd edilib

3-11-2015, 13:00
1 261

http://s55.radikal.ru/i149/1511/77/fe48ccd7b7a5.jpg


http://s017.radikal.ru/i438/1511/2c/eee0902d1125.jpg


Azərbaycanın tanınmış genaralı Səməd bəy Mehmandarovun 160 illik yubileyi Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsində də qeyd edilib. Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasın hazırladığı tədbirdə əvvəlcə general Səməd bəy Mehmandarovla bağlı qısametrajlı film nümayiş etdirilib.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov general Mehmandarovun keçdiyi şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev general S. Mehmandarovun 160 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam tarixi keçmişimizin öyrənilməsində və həqiqətlərin bərpa olunmasında mühüm rol oynayır.
Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müdiri Azad Bayramov generalın Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi Naziri kimi gördüyü işlərdən danışıb, xalqımızın hərb tarixində bu insanın tutduğu yerdən və hərb sənəti ənənələrindən söhbət açıb.
Tələbələrdən Günay İbrahimova, Xalidə Nəsibzadə və Aytac Səmədli çıxışlarında bildiriblər ki, Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən, artilleriya generalı vəzifəsinədək yüksəlməsindən qürur duyuruq.

Qalib Rəhimli,
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: