"Gənc Ədiblər Məktəbi"

29-05-2014, 02:03
2 730



"Çağdaş Azərbaycan ədəbi qurumlarının inkişafına dəstək" layihəsi çərçivəsində

"Gənc Ədiblər Məktəbi" 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilib. Bu məktəbin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir.İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə nazirliyin sertifikatları verilir.
"Gənc Ədiblər Məktəbi"nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katib yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istededlı gənc yazar, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Emin Piridir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: