Lüksemburq XİN: Əlaqəsizlik Avropa İttifaqını olduqca tez dağıda bilər

10-11-2015, 04:00
826

http://www.azerbaijan-news.az/images/contents/72fad7557d3c521d34c824bd5f2bb9c9.jpg


Lüksemburqun xarici işlər naziri Jan Asselborn qaçqınlarla bağlı böhran ilə əlaqədar Avropa İttifaqının (Aİ) dağılma ehtimalı və Aİ-yə üzv ölkələrin dövlət sərhədlərində nəzarətin bərpa edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edib. O, bununla bağlı fikirlərini bu gün "DPA" agentliyinə müsahibəsində deyib.
Jan Asselborn güman edir ki, həmrəylik əvəzinə əlaqəsizlik hökm sürərsə, Aİ dağıla və bu, "olduqca tez" baş verə bilər.
O, həmçinin Avropanın 26 ölkəsinin daxil olduğu Ећengen zonası üçün də təhlükənin mövcud olduğunu bildirir. Jan Asselborn hesab edir ki, məsələni həll etmək üçün Aİ-nin ola bilsin ki, yalnız bir neçə ay vaxtı qalıb. Lüksemburq siyasətçisi bildirib ki, Aİ-də yalnız maddi çərçivələrlə məhdudlaşmayan Aİ dəyərlərinin mahiyyətini sonadək dərk etməyənlər hələ də var. O deyib: "Bizi həm də humanitar dəyərlər birləşdirir". Jan Asselbornun fikrincə, yanlış millətçilik "əsl müharibə"yə səbəb ola bilər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: