Misirdə ekstremist qruplaşmalardan birinin başçısı öldürülüb

10-11-2015, 08:00
909

http://i081.radikal.ru/1511/11/decfc655f53a.jpg


Misirin ekstremist "Ənsər Beyt əl-Maqdis" qruplaşmasının başçılarından biri Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları ilə atışma zamanı öldürülüb.
DİN-in yaydığı bəyanatda bildirilir ki, son illər törədilən terror aktlarının təşkilatçısı olan Əşrəf Həsəneyn Əli əl-Qarabli adlı yaraqlı Qahirə şəhərinin şimalında El-Marg rayonunda məhv edilib.
Qeyd olunur ki, terrorçu zərərsizləşdirilən zaman polis qüvvələrinə qarşı atəş açaraq müqavimət göstərib və cavab atəşi ilə öldürülüb.
A. əl-Qarabli Misirin ən çox axtarılan terrorçulardan biridir və bir çox səs-küylü terror əməliyyatlarının təşkilatçısı olub. O, eyni zamanda, keçmiş daxili işlər naziri Məhəmməd İbrahimə qarşı sui-qəsd cəhdində də ittiham olunurdu.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: