Noyabrın 10-da hava əsasən yağmurlu olacaq

9-11-2015, 15:30
1 100

http://s42.radikal.ru/i097/1511/43/5ded6c4d2849.jpg


Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Temperaturun gecə 7-10В°, gündüz 11-13В° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5В° isti, bəzi yerlərdə 5В° şaxta, gündüz 10-15В° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Ећuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3В° şaxtadan 2В°-dək isti, gündüz 2-6В° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8В° isti, gündüz 9-13В° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Ећəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ећamaxı, Siyəzən, Ећabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5В° isti, gündüz 5-10В° isti, dağlarda gecə 3-8В° şaxta, gündüz 3В° şaxtadan 2В°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Ећirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8В° isti, gündüz 9-13В° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10В° isti, gündüz 10-13В° isti, dağlarda gecə 0-4В° isti, gündüz 4-8В° isti olacağı gözlənilir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: