Elməddin RAHİBOДћLU.Yeni şeirlər

25-08-2015, 09:30
1 033

http://s017.radikal.ru/i413/1508/55/0f0561e622bf.jpg


* * *

(Qarabağ əlili Zaur Həsənovun xatirəsinə)

Özünüzü yandırmayın, Yandırın Haqsızlığı,
ya da ədaləti satın alan insanları yandırın.
Yandırın,
vicdanını pula satan insanları.
Mənliyini, şərəfini, vəzifəyə satanları.
Özünüzü yandırmayın.
O, kül olmuş bədənlərdən ruhlar ərşə qalxmasın.
Uşağların gözlərindən, göz yaşları axmasın.
Sürünməsin arxanızca, qoca ata, yaşlı ana.
Yoldaşınız ömür boyu ağlamasın yana-yana.
Özünüzü yandırmayın.
Yandırın yoxsulluğu.
O, gözlərə pərdə salan, villaları.
sarayları,
haram yolla qazanılmış
məqamları yandırın.
O, bahalı maşınları,
gözü dönmüş məmurları yandırın.
Diplomları pula satan, dekanları,
Ədaləti pula satan hakimləri,
Xəstəsini tələf edən həkimləri,
Cinayəti ört-bas edən polisləri,
çörəyinizə, baisləri yandırın.

Özünüzü yandırmayın.
İntihara sürükləyən səbəbləri yandırın.

* * *

Biz sənin adına Elm dedik ki,
Bəşərə, həyata qatqın bol olsun.
Sevgiylə adını biz söylədik ki,
Qəlbində məhəbbət, sevgi doğulsun.

Sevgiylə gününü gözlərkən anan,
Əzaba qatlanıb, zülüm çəkirdi,
Cisminin, ruhunun ağrıdığı an,
Ağrı şərəfinə çiçək əkirdi.

Sən ana bətninə düşməmiş gündən
Atanın könlündə doğulmuş idin
Sonra varlığından xəbər gələndən
Adını fikrimdə tutmuşdum Elmin.

Elm səadətdən müjdəçin olsun,
Bizdə fəxr eliyək səxavətinlə.
Adın çəkiləndə düyün qurulsun
Qazandığın haqla, ədalətinlə.

Səni qucaqlayıb səni öpəndə,
Görənlər görməmiş, utanmaz sayır,
Etiraf edim ki, səni görəndə,
Gözümə görsənmir nə iç, nə bayır.

Qoy məni hörmətsiz saysınlar, nə var?
Mən səni öpməkdən bezərəmmi heç?
Səndən ayrılanda ürəyim yanar
Keçdiyim yolları məharətlə keç.

Getmədim ədalət yolundan kənar.
Sən mənim varımsan, maliyyətimsən.
Neynirəm sənsiz varı dövləti.
Cəmlənən ailə səadətimsən.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: