Ећakir XANHÜSEYNLİ."Ey Ağ gülüm"

25-08-2015, 09:50
1 246

http://i080.radikal.ru/1508/e4/3735425eeb86.jpg


"Yarın bağçasında üç gül açılıb-
Ağ gül,qırmızı gül,bir də sarı gül..."
(AЕћIQ HÜSEYN)

Ey ağ gülüm-
ağ səhərim
bəyaz sevincim,
ilkinliyimiz-uşaqlığımız,uşaq çağımız,
arzulardan yellənən yüyrüyümüz,
ümidlərlə yırğalanan beşiyimiz...

Ey qırmızı gülüm-
al qanım,
sevgim, həyəcanım,
dəli-divanə gəncliyim,
bir xeyir-dua səslənir qulaq yaddaşımda:
səni qırmızı pərdə olasan!

Ey sarı gülüm-
payız ömrüm,
xəzəlim, yarpağım,
xəzan baxtım-
baxıram,ey dadi-bidad,günəşin qürubu,
sanki nəfəsim daraldı,nitqim qurudu:
Ağ gül,qırmızı gül,bir də sarı gül,
bir də sarı gül...


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: