Zeynəb DƏRBƏNLİ."Allahın olsun"

26-08-2015, 10:40
1 192

http://s017.radikal.ru/i406/1508/80/91b1ea6c09b5.jpg


Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının "Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir"i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Mən səni sevmişdim sidqi ürəkdən,
Ətrini alırdım, mehdən, küləkdən.
Sən baş açanmadın fitnə, kələkdən,
Məni səni sevmişdim, Allahın olsun!

Əğyara yar dedi, məni ağlatdın,
Elə bil ömürlük arzuna çatdın.
Sən məni bir anda özgəyə satdın,
Məni səni sevmişdim, Allahın olsun!

Mənə yalan vədlər very gülürdün,
O zaman eşqini yadla bölürdün.
Guya ki, dərdimdən yaman ölürdün,
Məni səni sevmişdim, Allahın olsun!

Bu yazıq Zeynəbi atmısan oda,
Bütün həyatımı vermisən bada.
Gün gələr bunları salarsan yada,
Məni səni sevmişdim, Allahın olsun!


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: