Mirzə TƏRXAN."Ümidini üzməyənlər" (Hekayə)

30-08-2015, 14:00
1 587

http://i056.radikal.ru/1508/0b/9f74e0e8277e.jpg


Əli Arifin dayısı oğludur. Onlar birlikdə olduqca çox vaxt keçiriblər. Uşaqlıqları bir ocağın başında, bir gün Əligildə bir gün Arifgildə keçib. Onlarla yanaşı Əlinin Sakit adlı bir xalası oğlu da var idi. Sakit də həmçinin Əli ilə Arifin mehriban dostu idi. Gün gəlir vədə yetişir,gözlərini bir açıb yumurlar ki, valideynləri tərəfindən evlənmək vaxtının gəldiyini eşidirlər.Öncə Sakit ondan bir neçə il sonra isə Arif ilə Əli ailə qurur. İllər keçir... Həkimlər Sakitin övladının yalnız Allahın möcüzəsi ilə olacağını bildirirlər. Bu arada artıq Arifin və Əlinin övladları olacağına günlər qalmışdı. Sakit hər zaman halına şükr edən biri idi. Arif və Əli isə heç nəyi fikirləşməyən birisi idi. Hər şeyin yolunda getdiyi bir anda Arifin həyat yoldaşını xəstəxanaya aparmalı olurlar. Uzun sürən əməliyyatdan sonra bəlli olur ki, uşaq ana bətnində möcüzəvi şəkildə tələf olub. Hadisədən məyus olan Arif özünü çox pis hiss edir. Bu zaman Sakit və Əli onun yanına gəlir və ona təsəlli verməyə çalışırlar. Yenə də Sakit Arifə Allaha sığınmağı,Ona tapınmağı tövsiyyə edir. Arif Sakiti dinləyir və bir anda düşünür ki, kaş ki, bu məyusluğumu Sakitə bildirməyəydim. Axı həkimlər onun övladının olmayacağını deyiblər. Tez çöhrəsindəki məyusluğu təbəssümlə əvəz edir və Sakitə hər şeyin öz qaydasında olduğunu bildirir. Bu an Əlinin qəlibi çox narahat idi. Axı O,hələ başına nələrin gələcəyini bilmirdi.Onun da övladının dünyaya gəlməsinə günlər qalmışdı.Arifin övladının tələf olması onu da qorxudurdu. Ariflə Sakitin söhbətinə müdaxilə edərək:

-Səni daima adın kimi sakit görmüşük Sakit. Bizdən yaşda böyük olmusan, amma, hər zaman nazımızla oynayırsan. Sən Allaha bizdən daha yaxınsan, yəni imanlısan.Bizim üçün dua et!

Sakit yenə gülümsəyərək:

-Ey əziz dostlarım hər şeyi verəndə Allahdır,alanda Allahdır. Allah bizə bir övlad verəndə çox sevinirik,amma, bu sevinci şükür səcdəsi ilə deyil, sərxoşluqla tamamlayırıq.Allah səbr edir,o uşağın dünyaya gəlişinə qədər.Uşaq dünyaya gəlir və bü gəlişi şükür səcdəsi ilə tamamlamaq əvəzinə sərxoşluqla tamamlayırıq.Bu iş beləcə davam edir... Əlbətdə bütün bunları itirdiyimiz zaman Allahı xatırlayırıq. O zaman isə asiliklə,üsyanla... Əziz qardaşlarım birinizin völadı hələ yoldadır,digərinizin ki, isə yolun sonuna gəlməmiş həyatının sonu oldu. Hər ikiniz Allah qarşısında etdiyiniz günahlara və asiliklərə görə tövbə edin. Onun qoyduğu qanunlarla yaşamağa çalışın!

Sakit sözünü bitirməmiş Əlinin telefonu zəng çaldı. Evlərindən idi. Artıq həyat yoldaşı doğum şöbəsində idi. Əli,Arif və Sakit tez bir zamanda xəstəxananın həyətinə getdilər.Bir neçə dəqiqədən sonra Əliyə yenə zəng gəldi və bu dəfə övladı olduğunu bildirdilər. Əlinin sevincinin həddi-hüdudu yox idi. Sakitə üzünü tutaraq:

-Sakit,məni məscidə apar.Ећükür səcdəsi edəcəyəm!

Bu an Arif də Əlinin sözünə dəstək olarq:

-Mən də şükür səcdəsi etmək üçün sizinlə gedəcəyəm,axı onu bizə verəndə alanda Odur. Allah daha xeyirlisini nəsib edəndir.

Sakit dostlarının bu halından çaşmış vəziyyətdə idi.Bu an telefonu zəng çaldı.Anası idi.

-Oğlum,Sakit sənə Rəbbin pay verdi, gözün aydın!
-Ana sən nə danışırsan?!
-Hə oğlum,Asiya dörd həftəlik hamilədir...

Sakitin gözlərindən dayanmadan yaş axırdı... və belə deyirdi:
-"Rəbbimin rəhmətindən ümidini yoldan çıxanlardan başqa kim kəsər?"[1]

Beləcə Sakit,Arif və Əli birlikdə şükür səcdəsi etmək üçün sevinc göz yaşları isçərisində məscidə tərəf yol aldılar.
İki ildən sonra isə Arifin qız övladı dünyaya göz açdı.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: