Ећəfaqət CAVANЕћİRLİ."Sevginin gözləri" romanının V hissəsi

30-08-2015, 16:00
1 462

http://s012.radikal.ru/i319/1508/df/d9eca0997138.jpg


Kərim maşını qapının ağzında saxladı. Səfərlə Fidan maşından sevinclə düşdülər. Çiçək düşəndə Kərim saxladı;
- Bir dəqiqə gözlə Çiçək. Səndən dönə-dönə üzr istəyirəm. Xahiş edirəm, elə bil ki, ümumiyyətlə aramızda o söhbət olmadı. Bugündən sonra sən mənə ancaq bacısan. Xahiş edirəm, bağışla məni. Bir anlıq şeytana uydum.

Çiçək dərindən nəfəs aldı, gözləri doldu, deməyə söz tapmadı. Başıyla Kərimin dediklərini təsdiqlədi, maşından düşdü. Kərim bir müddət maşında qaldı. Bir ədəd siqaret yandırıb, qapıdan içəri girən Çiçəyə baxdı. Gözü dolmuşdu, gözlərini ovuşdurdu. Daxilən peşmançılıq hissləri yaşayırdı.
O gündən sonra Çiçəyə müraciət edəndə " bacı " deyirdi. Cəmilə də əvvəlki kimi Çiçəyi qısqanmırdı, qısqanclıqdan Kərimin əsəblərinə toxunmurdu.


İllər keçdi, saçlara ağ dən düşdükcə uşaqlar böyüyür, həddə-buluğa çatırlar. Qızlar ərə getmək, oğlanlar evlənmək yaşlarına çatırlar.
Fidanla Aybəniz orta məktəbin son sinifində oxuyurdular. Aybənizlə Fidan heç vaxt rəfiqə ola bilmədilər. Cəmilə bacardığı qədər qızını Fidandan uzaq tutmuşdu. Həqiqət idi, varlı varlının dostu, kasıb kasıbın dostu olur. Demokratiyası olmayan ölkədə bu normal hal idi. İnsafən insanlığını vicdanında yaşadanlar da az deyildi. Bir ölkənin təkcə pis insanlardan ibarət olmasını düşünmək dayaz düşüncə ola bilərdi. Sadəcə azlıq-çoxluq var təbii.
Qızlar arasında söz-söhbətin səbəb olmasına hər zaman Aybəniz şərait yaradırdı. Əlinə imkan düşən kimi Fidana xoşagəlməz sözlər atardı, sancardı. Anasıının onların evində qulluqçu işlədiyini məktəbdə demək olar hər kəs bilirdi. Fidanı incidən onu insanların içində təhqir etməsi deyildi. Əlbəttə, Fidanı müdafiə edən uşaqlar da vardı. Lakin Aybənizin rəfiqələrinin ona qoşulması, təhqir etməsi də qəlbinə dəyirdi.
Əslində, çoxları anlamırdı ki, Aybəniz niyə həmişə Fidana sataşır, incitməyə can atır. Gözəllik desəydin Aybənizdəydi. Sinifin ən gözəl qızı idi. Fidan da gözəl idi, anası kimi gözləri yaşıl olmasa da atasına oxşayırdı.
Aybəniz daxilən etiraf etməsə də Fidana qarşı qısqanclığı vardı. Atasıyla qardaşına görə. Həmişə Fidanı yanında tərifləyirdilər, əl qabiliyyətinə söz ola bilməzdi.
Səfərin dilindən Fidan düşmürdü. Cəmilə də hiss etmişdi oğlunda Çiçəyin qızına qarşı nə isə var. Qorxurdu, oğlunun hisslərini ciddiyə almasından çox qorxurdu. Hərdən üstüörtülü oğlunun üzünə vururdu ki, birdən bilməz qarşıma nə vaxtsa çıxarsan, onunla evlənmək istəyirəm deyərsən, onda nə bilim, övladlıqdan silərəm... Bu tip ifadələr işlətməklə oğluyla arasını açırdı. Səfər isə, susurdu. Anasıyla mübahisə etmək onun da ürəyincə deyildi.

Fidan gecə dedektiv kitabı oxuduğu üçün gec yatmışdı. Çiçək də qızını oyatmağı tamam unutmuşdu. Son vaxtlar ancaq nə haqdasa düşünürdü. Qızıyla söhbət edəndə belə fikri başqa yerdə olurdu.
Fidan dərsə gecikdiyi üçün dərsə buraxılmadı . Dərs bitənəcən dəhlizdə gözləməli olmuşdu.
Zəng çalındı, dərs qurtardı. Aybəniz sarışın rəfiqəsi Ећəhlayla Fidanın yanına gəldilər.
Aybəniz: - Yenə haraları təmizləyirdin? Gecikmisən dərsə.
Ећəhla: - Ay qız, sən ya qulluqçuluğunu elə, ya da dərsə gəl. İkisi birdən ağır olmur?
Fidan: - Cəhənnəm olun başımdan. Onsuzda əsəbiyəm.
Aybəniz: - Bizə deyirsən?
Fidan: - Sizdən başqa narahat edən var məni? İşinizlə məşğul olun.
Aybəniz Fidanın qolundan tutub özünə dartdı.
- Deyəsən, üz verəndə astar istəyirsən. Çörəyimizi ye, qabımıza tüpür buna deyirlər yəqin.
- Həddini bil, heç kim heç kimə havayı çörək vermir. O çörəyi zəhmətimizlə qazanırıq. Sən kimsən? Əziyyətin nə olduğunu bilməyən, ata hesabına şellənən ərköyünün birisən. O ki qaldı sənə Ећəhla, it olub ortalıqda gəzməyin adı yoxdur.

Aybəniz – İt qızı.

Fidan qolunu Aybənizdən çəkdi, heç nə demədi, şillə vurub saçlarından yoldu. Ətrafdakı qızlar, şəhla onları ayırdılar. Aybəniz ağzına gələni danışırdı. İkisini də direktorun otağına apardılar. Artıq direktor da Aybənizin Fidana olan münasibətlərini bilirdi. Ећəhla şahid kimi dindirildi.
- Günah Fidanda oldu. Aybəniz niyə dərsə gecikdiyini soruşanda ağzına gələni dedi.
Fidan susurdu. Onsuzda bilirdi, nə nağıl danışsalar inanan olmayacaq. Düşündüyü kimi də oldu. Nəticədə danlanan Ећəhlayla Aybəniz olmuşdu.
Aybənizin hirsi soyumamışdı.Axşam atasıyla anasına hər şeyi ağlaya-ağlaya danışırdı.
- Hamının içində məni təhqir elədi. Ağzına nə gəldi danışdı. Ећillə vurdu, saçımdan yoldu. Bizim onlara nə pisliyimiz keçib, ay ata?
Cəmilə Kərimə - Bilmirəm, sabah onu məktəbdən qovdurursan. Ümumiyyətlə, o qızı görmək istəmirəm Kərim. Anası da, özü də rədd olsun.

Kərim təmkinini pozmadı: - Baş üstə, başqa qulluğun?
Cəmilə - Başa düşmədim?
Kərim qızına – Aybəniz, sən danışdın, biz eşitdik. İn sən qulaq as mənə, axırıncı ilindi. Həddini və yerini bil. Kərimovun qızısansa başqalarının qızlarını alçaltmağın şərt deyil. O ki qaldı Cəmilə xanım o qızı qovdurmağıma, hansı məntiqlə bunu istədin? Axırıncı ildi, qızın dilini dinc saxlasa, heç kim şikayət eləməz.Fidan yaxşı qızdır, tərbiyəsi yerindədir. İnsafən gözümüzün qabağında böyüyüb, artıq-əskik hərəkətin görmüsən?

Səfər qonaq otağına gəldi, hər kəslə salamlaşdı. Salamını təkcə atası aldı.
Cəmilə– Tərbiyəli? Qonşu neçə dəfə onu müxtəlif oğlanlarla görüb.
Səfər – Kimi?
Aybəniz – Fidanı
Səfər – Gözümlə görməsəm inanmaram. Günahdı ay ana, şər atmayın.
Cəmilə - Ећər niyə olur? Birinci elə evimin içindən başlayıb.
Səfər utandı – Dünya dağılsa, inanmaram ki, o qız artıq-əskik nəysə edə.

Səfər otaqdan çıxır. Cəmilə üzünü tutur Kərimə:
- Oğlunu başa sal, bircə yetimçənin gəlinim olmağı qalmışdı. O qızı fikrindən çıxartsın. Onlar hara, biz hara?
Kərim: - Ana-bala özünüzü yığışdırın. O ki , qaldı Səfərə. O qızı sevsə mütləq alacam. Heç olmasa, gözümüzün qabağında böyüyəndi.
Cəmilə - Nə?
Kərim heç nə demədi, otaqdan çıxdı.


Fidan da evdə coşurdu, Çiçək təmkinlə dinləyirdi.

- Özümə iş tapacam, ana. Ucuz ev də tutarıq. Çıxıb gedərik buralardan. Aybənizin bircə atama söyməyi qalmışdı. Peşman deyiləm, bundan sonra yenə sataşsın, ağzını-burnunu əzəcəm. Anası bir sifət, qızı bir sifət.
- Elə danışma, biz onların verdiyi evdə yaşayırıq.
- Dözə bilmirəm ,axı! Onlar başa düşmürlər, elə bil ana-bala insan deyillər.
- Cəmilə xanım pis insan deyil.
- Hmm... Kərim dayı olmasa, üzünü açıq-aşkar göstərər. Qorxacaq yeri var, ona görə susur... əlimdə olsa, ana-balanı yandırıb yaxaram.
- Sakitləş, yat dincəl. Xahiş edirəm, məktəbinin qurtarmağına az qalıb qızım. Bir az da döz, bitirəcəksən, onda görüm nə bəhanə tapacaqlar.

Fidan heç nə demədi, gözlərinin yaşını sildi, paltarını dəyişdi.


Kərim məktəbə gedən Fidanı yolundan saxladı.
Kərim – Sabahın xeyir,qızım.
Fidan – Sabahınız xeyir.
- Eşitdim Aybənizlə yenə tutaşmısız.
- Qarşınızda xəcalətliyəm, bilmirəm nə deyim.
- Deyir onu vurmusan.
- Vurmalıydım Kərim dayı, ölən atama söydü.
- Aydındı, gedə bilərsən qızım. Səni yolundan saxlamayım.

Kərim evə girdi. Otağına keçdi. Cəmilə saçlarını darayırdı.
- Çiçəyə bir kəlimə də demirsən. Başa düşdün? Qızın onun ölən atasına söyüb.
- Bəlkə yalan deyirlər? Qızıma elə tərbiyə verməmişəm ki, ölüyə söysün.
- Mən sözümü dedim. Daha söz-söhbət istəmirəm.

Kərim evdən çıxdı. Cəmilə güzgüdə özünə baxır, gözləri dolmuşdu.
- Az qalıb, bir az səbr elə. Hər şey istədiyin kimi olacaq.


Cəmilənin Çiçəkgili evdən qovması.

Çiçəyin vəziyyəti son vaxtlar yaxşı deyildi. Arada başı gicəllənirdi. Kərim bir müddət Çiçəyə işə gəlməməyi tapşırdı. Əvəzində Fidan anasının yerinə işini görməyə gedirdi.
Aybəniz bilərəkdən onu evin içində alçaldır, otağını tez-tez təmizlətdirirdi. Fidan anasına xatir səbr edib susurdu. Kərim isə iki günlük Türkiyəyə getmişdi. Aybəniz qonaq otağında kresloya yayalanıb kofe içirdi. Fidan süfrəni hazırlayırdı. Aybəniz qəsdən kofeni yerə tökdü.
- Fidan, kofe töküldü, təmizlə. Rəfiqələrim gələcək. Çlış ləkə qalmasın.

Fidan yorulmuşdu.
- Niyə belə edirsən? Səhərdən işləyirəm, insafın olsun.
- Nədi? Anan kimi xəstəsən?
- Həddini bil, anamı ortalığa niyə atırsan?
- Əzizim, xadiməmiz sayılırsız. Belədə ki, ananı təhqir edən olmadı.
- Birinci anamı təhqir eləməyə haqqın yoxdur. Anam bu evdə xadimə deyil, ikinci aşpazdı. Mənim acığıma köməkçilərə icazə vermisiz ki, işə gəlməsinlər. Özün də məni incidirsən.
- Nə isə... Çox danışıb vaxtımı alma, təmizlə yeri.

Səfər qapı arxasında deyilənləri eşidir.
Fidan: - Bağışla əzizim, mən öz öhdəmə düşən işi görüb qurtarmışam. Madam qəsdən tökdün, zəhmət çək, özün təmizlə.
- Necə?
Fidan qonaq otağından çıxanda Səfəri görür,salamlaşırlar.
Aybəniz qonaq otağından çıxır. Anasının otağına gəlir. Fidanın ona cavab qaytarmasını, saymadığını deyir. Cəmilə diqqətlə qızını dinləyir.
- Narahat olma, atan onsuzda burda yoxdur. Sən də özünə görə deyilsən ha!... Neçə dəfə fikir vermişəm, qəsdən qıza sataşmısan. Bunu həm də qardaşına görə edirəm.
- Necə yəni?
- Qardaşının keçən dəfə günlüyünü oxudum. Fidanla gələcəkdə evlənmək istəyir.
- Fikrin nədi?
- Görəcəksən. Qardaşın evdən çıxanda mənə xəbər elə.

Çox gözləməli olmadılar. Səfər paltarını dəyişib evdən çıxdı. Oğlunu otağının pəcərəsindən görən Cəmilə mətbəxə gəldi. Aybəniz də anasının arxasınca gəlirdi. Fidanla Adilə gülüşürdülər. Aybəniz qəfildən Fidanın saçlarından tutur, təhqir edir:
- Bircə qalmışdı bizim adımızı batırasan. O ev olmasın ki, səndən danışmasın. Əxlaqsız, tərbiyəsi olmayan küçük.
Adilə Fidanı güclə Cəmilənin əlindən aldı, Fidan qışqırırdı.
- Neynirsiz Cəmilə xanım. Bu nə deməkdir?
- Kəs səsini küçük. Əxlaqsız, pozğun. Utanmaz-utanmaz gədələri qapının ağzınacan gətirirsən. Allah səni necə bilir elə eləsin.
- Nə danışırsız? Kim gəlib qapıya? Gəlibsədə niyə üzləşdirmədiz biləm?
- Hələ dili də var danışır. Ananı da götür, bir saata rədd ol bu evdən. Evimdə pozğun saxlaya bilmərəm. Düz deyiblər, anası gəzən ağacı balası budaq-budaq gəzər.
Fidan mətbəx stolunun üstündən meyvə qabını götürüb, qışqırdı, yerə çırpdı.
- Mənim anam pozğun deyil. Bəsdirin.

Cəmiləylə qızı qorxdular, bir az geri çəkildilər. Fidan ağlayaraq evdən çıxdı. Qapını açdı, evə girdi. Yerdə xəstə yatan Çiçək nigaran qaldı.
- Nə olub, qızım? Niyə ağlayırsan?
- Qurban olum ana, çıxıb gedək buralardan. Başlarına dəysin evləri.
- Nə olub?
- Cəmilə bizi evdən qovdu. Mənə pozğun dedi
- Necə?
- Guya mənim dalımca oğlanlar gəlib. Camaat haqqımda danışıb. Gedək ana buralardan, artıq mən də böyümüşəm. İşləyib sənə baxaram. Bunlar kimdi ki, qarşılarında əzilək?

Fidanla Çiçək iki böyük çamadana paltarlarını yığandan sonra dəmir qapının ağzına çatdılar.İkinci mərtəbənin eyvanından onları izləyən Cəmiləylə qızına baxdılar. Fidanda Cəmiləyə qarşı xüsusi nifrət varıydı. Aybəniz:
- Sonra qalacağınız yeri bildirin, o biri əşyalarınızı da göndərək.
Çiçək: - Nahaq belə elədiz xanım, çox nahaq. Vaxt gələcək vicdan əzabından qaçmağa yer axtaracaqsız.
Cəmilə heç nə demir, içəri keçir. Çiçəklə qızı dəmir qapıdan çıxırlar. Çiçəyin gözləri dolmuşdu. Fidanın əlində iki çamadan yol gedirdilər. Hara gedəcəklərini özləri də bilmirdilər... Yəqin hər yolun sonu olduğu kimi, aparıb çıxaracağı yerlər də var. Ana-bala da bir yerdə dayanıb həyatlarını bir yerdən əlbəttə başlayacaqlar...

Ardı var...


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: