Zeynəb DƏRBƏNDLİ."Qarabağım küsüb bizdən"

4-09-2015, 20:00
1 004

http://s017.radikal.ru/i406/1508/80/91b1ea6c09b5.jpg


Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
"Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir"i, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Bulaqların susub axmır
Günəşin küsübdür çıxmır.
Xarı bülbül bizə baxmır
Qarabağım küsüb bizdən.

Yolu daşlı kəsəklidir
Dağı qarlı küləklidir.
Özü insan ürəklidir
Qarabğım küsüb bizdən.

Neçə ildir yol gözləyir
Yadlar onu əzizləyir.
Yolu həsrətdən sızlayır
Qarabağım küsüb bizdən.

Divarları qan qoxlayır
Dərdi adamı oxlayır.
Durub igid soraqlayır
Qarabağım küsüb bizdən.

Zeynəbəm, canım göynəyir
Dərdim öz içimi yeyir.
Yurdum ədalət istəyir.
Qarabağım küsüb bizdən.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: