Ећəhla RAMAZANQIZI."Bu payızda solacaqmış bu sevgi!"

4-09-2015, 22:30
760

Ећəhla RAMAZANQIZI."Bu payızda solacaqmış bu sevgi!"


İlk əlvida yara açır, iz qoyur.
Ürək yanır gizli -gizli , köz qoyur,
Sevməyənlər sevgimizə göz qoyur,
Demə yetim qalacaqmış bu sevgi,
Bu payızda solacaqmış bu sevgi!

"Dəyərlilər az yaşayır"-deyirlər,
Ећairlərin qəlbinə tez dəyirlər,
Ећah budağı incidirlər, əyirlər.
Bir imtahan olacaqmış bu sevgi.
Bu payızda solacaqmış bu sevgi.

Körpə idi iməklədi,gəzmədi.
Xəfif mehin təkanına dözmədi.
Ümid öldü,o əlini üzmədi.
Ећirin "canı" alacaqmış bu sevgi.
Bu payızda solacaqmış bu sevgi.

Üzündəki gülüşləri tər idi,
Ürəyimdə ən müqəddəs yer idi,
Əfsun idi,sehir idi, sirr idi.
Bulud kimi dolacaqmış bu sevgi.
Məni yada salacaqmış bu sevgi.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: