Ећəhla RAMAZANQIZI."İstərsənmi de?"

22-09-2015, 17:50
857

Ећəhla RAMAZANQIZI."İstərsənmi de?"


Deyəsən günəşi kölgələr tutub,
Mənimlə bir yanmaq istərsənmi de?!
Məhəbbət yurdunda ikicə yer var,
Yanımda dayanmaq istərsənmi de?!

Təbiət, Yatanlar oyanıb çoxdan,
Yeni bir ruh ilə gözəlləşib can.
Qaynayır lalərəng damarlarda qan,
Birlikdə oyanmaq istərsənmi de?!

Deyirlər sevginin acıdır dadı,
Gözəldir, şirindir yalnızca adı.
Gözlərdə yarımçıq qoyur muradı,
Yalana aldanmaq istərsənmi de?!

Qəlbimin "Gözəllik gözü" ağlayır,
Sevgidə "Məhəbbət sözü" ağlayır.
Desələr "Ећəhlanın özü" ağlayır,
Sevgimə inanmaq istərsənmi de?!


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: