Arzu RÜSTƏMSOY.Yeni şeirlər

1-12-2015, 19:30
849

http://s016.radikal.ru/i336/1512/8f/6cc1ffbcfde1.jpg


Duman olsan,dağətəyi çöküb,gəl,
Yağış olsan,göylərdən əl,çəkib,gəl.
Son ahını,hissə-hissə söküb gəl,
İtir təkliyini,mənim üzümdən...
***
Tənhalıq etməsin,əldə oyuncaq,
Sənsiz gurlamasın,bu od bu ocaq.
Sahibin gözləyir,kimsəsiz qucaq,
İtir təkliyini,mənim üzümdən...
***
Səadət həmişə,görünmür gözə,
Pir olma,işaran söhbətə-sözə.
Ayrıl,ayrılıqdan yüyür,gəl bizə,
İtir təkliyini,mənim üzümdən.
***
Çəksin,sətir-sətir,söz əlindəki,
Dərəni,yoxuşu,enişi,diki.
Babalı,qoy mənim boynumun yükü,
İtir,təkliyini,mənim üzümdən.
***
Qaldır,qollarını süz bizə sarı,
Çəkim,dişim ilə,həsrət yolları.
Qazancın,könlümün dövləti-varı,
İtir,təkliyini,mənin üzümdən.

İçimdə...

Bir ümidtək qırılan,
Bir qapıdan boylanan.
Küçəsi dalan-dalan,
Yollar qaldı,içimdə...

Zənciri buğum-buğum,
Çabalayıb,burduğum.
Topalayıb qırdığım,
Kollar qaldı,içimdə...

Qurulsa taxtım,dolan,
Kədəri taxtım olan
Qıfılı,bəxtim olan,
Qollar qaldı,içimdə...

Gəl!

Sel olmaz,selin kimi,
Darandım,telin kimi.
Duvaqlı gəlin kimi,
Yağışlar,köçəndə gəl!

Sanki ruh,sənsiz bədən,
Bir müəmma bir nədən.
Sizin təhna küçədən,
Yoxuşlar,köçəndə gəl!

Buludlar,dəstə-dəstə,
Günahkar,dolu üstə,
Yadların qolu üstə,
Baxışlar,köçəndə gəl!

Sənsizliyin nəshində,
Könlünün kəlməsində.
Xalının ilməsində,
Naxışlar,köçəndə gəl!


Yolunda sənin

Gözlərim ağlamır,yaş bəhanədir,
Gözlərim mujgandır,qaş bəhanədir.
Ayağın altında,daş bəhanədir,
Mən daşa dönərəm,yolunda sənin!
***
Yenə göylərdədir,fikrim-xəyalım,
Köksünə sürgündür,dərdim-məlalım.
Gətir,əllərində dərdindən alım,
Mən daşa dönərəm,yolunda sənin!
***
Ayrılıq atını ahəstə sürsə,
İntizar,tikantək araya girsə.
Vüsalın enişi,yoxuşu birsə,
Mən,daşa dönərəm,yolunda sənin!
***
Əkmişəm,boylanır səmaya sarı,
Hər axşam yetişir,gözümün barı.
Desən,unutmuşam,əhdi-ilqarı,
Mən daşa dönərəm,yolunda sənin!
***
Külək tüğyan edir,tül pərdə küskün,
Günəşin qoynunda,ay dərdə küskün.
Kim deyir,sevmirəm,ay dərdə küskün?
Mən daşa dönərəm,yolunda sənin!

Gələrsənmi?

Gecə geçər,gələr dan,
Nura boyanar,hər yan.
Əhdə vəfadar olan,
Darıxsam,gələrsənmi?

Yolunda qaya kimi,
Yetdiyin haya kimi.
Bükdüyün saya kimi,
Duruxsam,gələrsənmi?

Çıxdın,getdin ömrümü,
Yıxdın,getdin ömrümü.
Yetim uşaqlar kimi,
Soluxsam,gələrsənmi?

Ölü qalxmaz,qəbirdən,
Təsəlli yox,səbirdən.
Sağalmaz dərdə birdən,
Yoluxsam,gələrsənmi?

Dərd gətirər,yaş kimi,
Ağır olmaz,daş kimi.
Gözlərində yaş kimi,
Doluxsam,gələrsənmi?

***
İçində bir,daş görərsən,
Donarsan,daş mənəm deyə...
Bayırından ovularsan,
Yonarsan,daş mənəm deyə...

İçində bir,daş görərsən,
O daşın,yad daşın olar.
Dünənindən bu gününə,
Tarixin,yaddaşın olar...

İçində bir,daş görərsən,
Təpə-təpə,qalaq-qalaq.
Düzülərsən,sökülərsən,
Gah o sayaq,gah bu sayaq...

Daşürək!

Kəsə getdin,uzun yolun qısası,
Dərviş oldun,sol əlində əsası.
Çəkib aldın,ürəyimdən qisası,
İndən belə bir adın var,daşürək!

Söz həsrətim,ahdı dildə-dodaqda,
Konul məğlub şahdı,darda-fəraqda.
Yaz yadına,dilən haqqı soraqda,
İndən belə bir adın var,daşürək!

Ha parçala,tikə-tikə böl məni,
Gahdan-kaşa istəməzdim,ölməni.
Bəyəndinmi,bax bu sayaq bölməni,
İndən belə bir adın var,daşürək!

İndi yadsan,nə yaz nə qış bilmərəm,
Leysan,dolu,tufan,yağış bilmərəm.
Etdiyim qarğış ya alqış bilmərəm,
İndən belə bir adın var,daşürək!


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: