Ећəhla RAMAZANQIZI.Yeni şeirlər

4-12-2015, 20:15
1 074


* * *

Sənin də əllərin donurmu, canım.
Fincana sarılı təsəlli tapır?
Sənin şəhərində əriyən qarın.
Suyu kəndimizin bağrına hopur?

Sənin də gözlərin yol çəkir, canım?
Tanış cığırları asfatlayırmı?
Mənim gözlərimin çınqıllarını,
Sənin kirpiklərin yola yayırmı?

Sənin də ürəyin darıxır, canım?
Səndəki Ећəhlayla danışırsanmı?
Hər gecə bəxtinlə küsülü yatıb.
Gündüz həyatınla barışırsanmı?

* * *

Yenə gündüzümə çökür qaranlıq.
Elə bil həyatım sönür bir anlıq.
Bilirəm əzizim. Çox darıxırsan.
Sənə də tanışdır qəlbi viranlıq.

Sənin də pəncərən qarla görüşür.
Yəqin ki könlünə öz yarın düşür.
Bilmirsən,sevgilin donur, büzüşür.
Onu da qorxudur alatoranlıq.

* * *

Elə ki bu ürək darıxır sənsiz,
Buludlar yığışır göyün üzünə.
Qarışır buludla gözün yaşları,
Qız həsrət qaldıqca gülən gözünə.

Bakıdan inciyir İsmayıllı da.
Bir qız əzab çəkir İsmayıllıda.
Axı ürəyini o atır oda.
Qulaq da asmayır ağlın sözünə.

Yenə də qəmlənir səbəbsiz bu qız,
Gözləri nəmlənir, ağlayır yalnız,
Duymursan səsimi,deyim "insafsız"
Yar həsrət qalıb bax sənin özünə


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: