Vüsal YURDOДћLU."Bu da nağılın biri..."

31-05-2016, 09:40
427

http://s016.radikal.ru/i334/1605/8d/690abaa20e20.jpg


Dalğaların olaydım,
ya da sənin sahilin...
Mənlə birgə güləydi
günəşli gündüzlərin,
Mənlə birgə gələydi
ulduzlu gecələrin...

Yaxud, mavi səmada
bir qağayı olaydım,
Küləklərlə dostlaşıb
suların üzərində
süzəydim qanadımla...
Həsrətimiz uzaqda,
ruhumuz yaxın ola...

Ya da susuz qalanda
ölməyə məhkum olan,
qızıl balıq olaydım...,
düşməyəydım heç tora...
Deyəydim, üç arzunun
üçün də sən arzula!...

"Birinci, - istəyirəm,
Vüsal olsun yanımda!
İkincisi, - ötməsin
onsuz bircə anım da!
Üçüncüsü, dünyanı
aydın etsin sevgimiz!"

Bu da nağılın biri, -
- yaşandı xəyalımda...


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: