Qazax xanlığının 550 illiyi qeyd olunub

12-09-2015, 16:45
1 001

http://s017.radikal.ru/i431/1509/42/0b9e609af4ba.jpg


http://s020.radikal.ru/i707/1509/38/08285e9f26e6.jpg


Sentyabrın 11-də Qazaxıstanın Astana şəhərində "Baris" buz oyunları sarayında "Qazax xanlığının 550 illiyinə" həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Qazaxıstan, Azərbaycan, Qırğızıstan dövlətlərinin başçıları, Türkiyə Böyük Millət Məclisinin sədrinin iştirakı ilə keçirilən tədbirdə, digər türkdilli dövlətlərin yüksək rütbəli dövlət nümayəndələri, eləcə də ölkə ziyalıları və diplomatik korpusun nümayəndələri iştirak edib.

Konsert proqramında Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil etmiş, tamaşaçıların rəğbət və alqışlarını qazanıb.

Qeyd edər ki, sentyabrın 6-dan başlayan yubiley tədbiri çərçivəsində Qazaxıstanın Astana və Almatı şəhərlərində müxtəlif konsertlər, səhnələşdirilmiş tamaşalar keçirilir. Yubiley tədbirləri sentyabrın 15-də başa çatacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: