Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümə "Qarabağnamə" tamaşasının nümayişi ilə başlayacaq

12-09-2015, 17:10
957

http://s014.radikal.ru/i326/1509/fc/aeefbce5eecb.jpg


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü mövsümünü sentyabrın 18-də açacaq. Həmin gün teatrda İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanmış "Qarabağnamə" tamaşası nümayiş olunacaq.

Bu barədə sentyabrın 11-də keçirilmiş mətbuat konfransında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru Azərpaşa Nemət məlumat verib.

O, qeyd edib ki, cari mövsümdə "məktəb və teatr" layihəsinin də davam etdirilməsi planlaşdırılır. Bu mövsümdə bir sıra yeni tamaşalar hazırlanacaq, eləcə də teatr beynəlxalq festivallarda iştirak edəcək. Bildirilib ki, oktyabrın 3-də Böyük Britaniyanın məşhur "Qlobus" teatrı "Hamlet" tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək.

Diqqətə çatdırılıb ki, noyabrın 19-26-da Belarusun paytaxtı Minsk şəhərində Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək. Keçmiş MDB məkanında daxil olan ölkələrdən, Baltikyanı dövlətlərdən də teatr kollektivlərinin iştirak edəcəyi Foruma Azərbaycan böyük nümayəndə heyəti ilə qatılacaq. Forumda Akademik Milli Dram teatrı "İlahi oyun" tamaşası ilə çıxış edəcək. Bundan əlavə, Forum çərçivəsində "dəyirmi masa"ların, seminarların, ustad dərslərinin keçirilməsi də planlaşdırılır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: