Azərbaycan Milli Avia Akademiyasında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

2-03-2016, 14:00
841

http://s017.radikal.ru/i413/1603/e3/02a70b10e3d4.jpg


4 mart 2016-cı il tarixində Paytaxtın Binəqədir rayonunda yerləşən Azərbaycan Milli Avia Akademiyasında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, şair-dramuturq Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət, elm, təhsil işçilərinin, o cümlədən yubilyarın qələm yoldaşlarının də iştirakı nəzərdə tutulub. İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Fərdi prezidenti təqaüdçüsü, şair-dramaturq Nəriman Həsənzadə 85 illik yubileyinin tamam olması münasibətilə təbrik məktubu göndərmişdi.Fevral ayının 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Sevimli Xalq şairimiz Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.

Ünvan: AZ1045, Bakı şəh., Binə qəs., 25-ci km., Milli Aviasiya Akademiyası

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: