Magistratura səviyyəsinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

22-06-2016, 17:30
488

http://s014.radikal.ru/i328/1606/f2/bef594b4ea49.jpg


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına müsabiqənin nəticələrini açıqlayıb.

TQDK-dan bildiriblər ki, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6 min 336 bakalavrdan 5 min 175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 2 min 205 nəfəri dövlət sifarişi, 2 min 970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

Bundan əlavə, altı bakalavr idman sahəsi üzrə, üç bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul edilib.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: