Ећəfa VƏLİYEVA."Səni sevirəm, tanqo…"

30-06-2016, 11:40
472

http://s019.radikal.ru/i615/1606/52/723ef7a352e9.jpg


"Gənc Ədiblər Məktəbi"nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı


Gəncənin hər küçəsi
Xatirənlə rəqs edir…
Tarix: bizdən ötəsi…
Ünvan: hələ yol gedir…

Ah…Gəncə küçələri…
Işıqlar sarı atlas…
Dölmələr əl jestləri…
Tozanağı ehtiras…

Xatirənin ardınca
Düşmüşəm məhlə-məhlə…
Hisslərim dam boyunca…
Ağlayıram ürəklə…

Axır damarlarımda
Çılğın sevda oyunu…
Xatirəm qollarında,
Səni sevirəm, tanqo…


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: