Bu gün növbəti buraxılış imtahanları keçirilir

30-06-2016, 12:30
464

http://s017.radikal.ru/i413/1606/a3/e2cfbe974621.jpg


İyunun 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə, Daşkəsən, Ећəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Ећamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Ећəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

İmtahanlarda ümumilikdə 45 min 171 şagirdin iştirak edəcəyi nəzərdə tutulur (IX sinif üzrə 24 min 237, XI sinif üzrə 20 min 934 şagird).

IX sinif şagirdləri üçün imtahan saat 10.00-da başlanıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15.00-da başlanacaq.

İmtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: