Sumqayıtda iftar mərasimi təşkil olunub

2-07-2016, 13:00
500

http://s020.radikal.ru/i701/1607/85/6dbfc09b3009.jpg


Sumqayıt Ећəhər İcra Hakimiyyəti tərəfindən iftar mərasimi təşkil olunub.
İftar mərasimində şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.

Əvvəlcə Türkiyədə törədilən terror aktı nəticəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Ећəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək bildirib ki, ölkəmizdə milli mənəvi dəyərlərin möhkəmləndirilməsinə dövlət səviyyəsində hər zaman diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmiz milli və dini tolerantlıq baxımından bütün dünyaya nümunədir.

İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, mərhəmət, şəfqət və bərabərlik rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulandı.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: