Dövlət Gömrük Komitəsinin sədri Ağdaşda bölgə vətəndaşlarını qəbul edib

2-07-2016, 14:00
485

http://s017.radikal.ru/i441/1607/8d/b7374a64eaeb.jpg


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 2-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.

Qəbulda komitə sədri Aydın Əliyev Ağdaş, Göyçay, Yevlax və Ucar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı Komitə sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.


Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: