SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb

2-08-2016, 17:30
433

http://s017.radikal.ru/i402/1608/35/65e8d99f0bc9.jpg

SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə yatırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji A.Ећ."nin baş direktoru Zaur Qəhrəmanov "Bloomberg News"a müsahibəsində məlumat verib. O, SOCAR-ın Türkiyəyə investisiyalarının risklərə baxmayaraq davam etdiyini söyləyib.

"İyun ayının sonuna SOCAR Türkiyədəki layihələrinə 7,5 milyard dollar sərmayə qoyuluşu həyata keçirib. Türkiyədə neft-kimya məhsullarına tələbat artıb. Ölkədə nafta əsaslı məhsullar isə təbii qaza nisbətən daha üstünlük təşkil edir", - deyə Z.Qəhrəmanov əlavə edib.

Qeyd edək ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini "SOCAR Turkey Enerji A.Ећ." (STEAЕћ) adı ilə davam etdirir. STEAЕћ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, "Goldman Sachs" - 13 faiz.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: