Ећəhla RAMAZANQIZI."Qaranquşlar qayıdanda" (Hekayə)

1-09-2016, 09:15
541

http://s017.radikal.ru/i400/1609/be/0ec404c575d5.jpg


"Hər sətrində bizi axtarırdım. Ећeirinin hansında mən olduğumu izləyirdim. Yadındadı, biz görüşəndə son baharın həyatla çarpışdığı məqam idi. Küləyin gözlərə qum təpdiyi bir an idi. Bizim gözlərimiz sevgidən kor olmuşdu deyə hətta qum da onları incitmək istəmədi. O gün günəş necə də böyük idi. Fikir verdinmi o gün Ay da sevgilisi olan günəşin yanındaydı. Amma işığı çox zəif görünürdü. Yadındadı? Biz ömürlük sevgiyə and içmişdik həmin gün. Bax onda qaranquşların köç vaxtı idi. Dediyin hər kəlmə mənim üçün sanki müqəddəsləşirdi. Cəsarətli sevgim qarşısında heyrətlənmişdin yəqin ki. Hara getdin ? Niyə getdin? -deyə sual yağışına tutmayacam səni. Bilirsənmi niyə? Çünki getdin… Bəlkə də həmin vaxt bu ən doğru seçim idi. Ailənin çəkdiyi zəhmət qarşısında borcun idi. Bu borcu ödəyə bildinmi? Yoxsa onları da həsrətdə, hicranla baş-başa buraxdın. Qaçdın sanki. Kimdən,
Nədən? Özündən qaçdın. Acı çəkirdin mi? Başqalarının günahı nə idi? Heç düşündünmü? Yolunu çox gözlədim… Gəlməyəcəyini bilə-bilə. Hər qaranquşlar qayıdanda sanki sən də gələcəksənmiş kimi yolunu həsrətlə gözlədim. Hardasan, necəsən soruşmayacam. Çünki bilirəm. Yəqin tör-töküntü olan kirayə otağında həmişəki yerində hamıdan gizlənirmiş kimi bükülüb oturmusan. İşığı da yandırmamısan ki, otaq yoldaşın oyanmasın. Telefon işığında oxuyursan. Necəliyini bilirəm. Peşmansan. Utanma ağlamaq istəyirsənsə ağla. Necə olsa heç kim görməyəcək. Bilirsənmi ağlamaq insanı rahatlaşdırır. Mən də çox ağladım. Hamıdan küsdüm. Gecə ay işığı ilə söhbət etdim dəli kimi. Bilirsənmi, səni unutmaq mümkün olmadı. Səni unutmaq istəmədim çünki. Tək səni sevdim. Bilirdim ki gələcəksən hansısa baharda. Sən də məni sevirsən. Baharlarmı çox oldu ? Niyəsə heç bitmədi həsrətin. İşlərin yoluna düşdümü? Çox üzdün məni. Amma səni sevirəm. Mən aciz biriyəm yəqin ki. Sənsizlik məni çox incitdi. Həkimlər yaxşı heç nə demir. Mən gedirəm. Gələcəksən bunu da bilirəm. Əlvida."
Məktub əllərindən yerə düşən Turan üzünü dizlərinə sıxıb səssiz-səssiz ağladı. Sonra məktubu yerdən götürüb dodaqlarına sıxdı. Səhərki dəfn mərasimi əbədi olaraq Ећəlaləni Turandan ayırdı. Turan gecə hamı gedəndən sonra yenidən Ећəlalənin qəbrinə gəldi. Məktub da əlində idi. "Gəldim Ећəlaləm. Gəldim sevgilim. Bax qaranquşlar gələndə gəldim" -deyə hönkürdü. Orda da yatıb qaldı. Sabah açılanda qəbiristanlığa gələn Ећəlalənin ailəsi qızının qəbri üstündə yatan adamı görüb qəzəbləndilər. Yaxınlaşanda həmin şəxsin buz kimi soyuq olduğu, çoxdan öldüyü anlaşıldı. Ağzından və burnundan qan axmışdı.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: