Son dəqiqə:

İsmayıllıda "Təhsil" bayramı qeyd edilib

1-09-2016, 11:00
469

http://s16.radikal.ru/i190/1609/bc/4a093f6c2a20.jpg


http://s016.radikal.ru/i337/1609/6e/40d48c61c6ec.jpg


http://s020.radikal.ru/i718/1609/e6/3c94aabd18e0.jpg


http://i062.radikal.ru/1609/17/ac37f5bd614a.jpg


İsmayıllının təhsil işçiləri, rayon ictimaiyyəti təhsil sahəsində qazanılan uğurları, əldə olunan nailiyyətləri hər il "Bilik günü" öncəsi "Təhsil bayramı" ilə qeyd edir. Bu il də avqust ayının 31-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində "Təhsil bayramı" tən-tənəli şəkildə və daha coşqulu qeyd olunub. İlk olaraq İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət Vəkilləri Novruz Aslan, Tahir Kərimli, Ећair Baba Vəziroğlu və digər ziyalılar Ulu Öndər Heydər Əliyevin Abidəsi önünə tər çiçək dəstələri düzüblər.
Məzunların, tələbələrin, şagird və müəllimlərin, rayon ziyalılarının, qonaqların, bütövlükdə İsmayıllı ictimaiyyətini əhatə edən bu tədbir təhsilimizin uğurlarından xəbər verən bir el şənliyini xatırladıb.
Yüksək Abu-hava ilə təşkil olunmuş bayram tədbiri rəsmi və bədii hissədən ibarət olub.Rəsmi hissədə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, şair Baba Vəziroğlu, çıxış edərək ölkəmizdə aparılan uğurlu təhsil siyasəti, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, ölkə rəhbəri İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğı, rayonda təhsil sahəsində qazanılan uğurlu nəticələr barədə danışıblar, İsmayıllı təhsilinin respublikada öncül fəaliyyətini diqqətə çatdırıblar.
Sonra 700 bal toplayaraq İsmayıllı əhsili tarixində bir ilkə imza atmış abituriyent Ağalətif Lətifov və ali məktəblərə qəbulda 600-dən yuxarı bal toplanmış 28 abituriyentə xüsusi hədiyyələr, ali məktəblərə qəbul olunmuş 300-dən artıq abituriyentə isə qiymətli hədiyyələr, təqdim edilib. Daha sonra ali məktəblərə qəbul olunmuş məzunların adları oxunub, onlar ictimaiyyətə və fəxri qonaqlara təqdim olunub.
Bayram şənliyi konsert proqramı və çay süfrəsi ilə yekunlaşıb.

Elnarə GÜNƏЕћ,
Gündəlik Analitik İnformasiya Agentliyinin xüsusi müxbiri,
İsmayıllı şəhəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: