Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri bəzi KİV-lərdə yayılmış yanlışlıqlara aydınlıq gətirib

1-09-2016, 16:00
234

http://s018.radikal.ru/i501/1609/8a/6d23e0a094f7.jpg


Bir sıra kütləvi informasiya vasitələrində xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin müsahibəsinə istinadən "Azərbaycan Dünya Ticarət Təşkilatından (DTT) 1 milyard ABЕћ dolları istəyib" başlıqlı məqalələr yayılıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı açıqlamasında bəzi yanlışlıqların aradan qaldırılması üçün müsahibədə səsləndirilmiş fikirlərin əsl mahiyyətinə aydınlıq gətirilir. Açıqlamada bildirilir:

В· Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun artımı və ərzaq təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ixracının təşviqi və strukturunun təkmilləşdirilməsində kənd təsərrüfatı sektoru mühüm rola malikdir və bu xüsusda, Azərbaycan Hökuməti tərəfindən sözügedən sahənin subsidiyalar ayrılmaqla dəstəklənməsi davam etdirilməkdədir.

В· Hazırda Azərbaycan DTT-yə üzv olması prosesi kontekstində kənd təsərrüfatına daxili dəstək üzrə bir sıra danışıqçı ölkələrlə (aparıcı kənd təsərrüfatı istehsalçıları və yaxud ixracatçıları) çoxtərəfli danışıqlar aparır.

В· Bu müstəvidə, DTT-yə üzvlük müddətindən etibarən kənd təsərrüfatına 1 milyard ABЕћ dolları, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları qaytarıldıqdan sonra müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə 1 milyard ABЕћ dolları məbləğində əlavə daxili dəstəyin göstərilməsi mümkünlüyünə nail olunması aparılan danışıqların predmetini təşkil edir.

В· Kənd təsərrüfatı sektoruna subsidiyaların ödənilməsi məqsədilə DTT tərəfindən bu təşkilatın üzvlərinə, yaxud müşahidəçilərə maliyyə vəsaiti ayrılmır.

В· Kənd təsərrüfatı üzrə aparılan danışıqların uğurla nəticələnəcəyi təqdirdə, məhz Azərbaycan Hökuməti tərəfindən adıçəkilən sahənin dəstəklənməsinə məcmu olaraq 2 milyard ABЕћ dolları məbləğində daxili yardımın göstərilməsi imkanı əldə olunacaq.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: