Ећair-publisist Rafiq Odayın "Qərib ruhların nəğməsi" şeirlər kitabı işıq üzü görüb

2-09-2016, 19:00
668

http://s018.radikal.ru/i505/1609/0d/69845e954a68.jpg


Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın "Qərib ruhların nəğməsi" adlı şeirlər kitabı 2016-cı ildə republikanın paytaxtı şəhərində "Elm və təhsil" nəşriyyatı tərəfindən 192 səhifə həcmində 600 tirajla işıq üzü görüb.Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, respublikanın Əməkdar jurnalist Avtandil Ağbabadır.
"Qərib ruhların nəğməsi" Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, "Möhtəşəm Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın "Bir yol başlamışam", "Gecələr içimə göyüzü yağar", "Ömür gedir öz köçündə", "Qarabağ şikəstəsi", "Əlli min də qayğısı var əllimin", "Ədəbi-tənqidi məqalələr, "Ећərur folkloru", "Həyatın yaşama düsturu" və s. kitablarından sonra oxucularla növbəti görüşüdür.
Kitaba şairin müxtəlif illərdə qələmə aldığı müxtəlif mövzulu şeirləri daxil edilmişdir.İnanırıq ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.

Gülnarə ЕћÖHRƏDDİNQIZI,
"Möhtəşəm Azərbaycan" qəzeti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: