"Mədən sənayesində şəffaflıq" təbliğ edilib

5-09-2016, 16:45
369

http://s05.radikal.ru/i178/1609/95/e018a5579f80.jpg


5 sentyabr 2016-cı il tarixində İsmayıllının Tarix-Diyarşünaslıq Muzeyində Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi ictimai birliyinin "Mədən Sənayesində şəffaflıq təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma" layihəsi üzrə tədbir keçirilib.
Tədbirdə İsmayıllı rayon icra hakimiyyəti aparatının əməkdaşı Gülnarə Mirzəliyeva, Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi ictimai birliyinin və layihənin rəhbəri Lətafət Məlikova, layihənin məruzəçiləri Rafiq Təhməzov, Xalid Kazımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə rayon icra hakimiyyəti aparatının əməkdaşı Gülnarə Mirzəliyeva açaraq tədbir iştirakçılarını və qonaqları salamlayıb. Ardınca çıxış edən Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi ictimai birliyinin rəhbəri Lətafət Məlikova layihənin əsas məqsədini tədbir iştirakçılarına çatdırıb.
Daha sonra məruzəçi Xalid Kazımov Ölkəmizdə və dünyada mədən gəlirlərinin əldə olunması prosesini və həmin gəlirlərin səmərəli istifadə olunması məsələlərini əks etdirən maarifləndirici slaydlarla çıxış edib.
Digər məlumatları vermək üçün isə məruzəçi Rafiq Təhməzov növbəti slayd materiallardan istifadə edib.
Ümumilikdə məhsuldar keçən maarifləndirici tədbir diskussiya şəkilində davam etdirilib.

Elnarə GÜNƏЕћ,
Gündəlik Analitik İnformasiya Agentliyinin xüsusi müxbiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
İsmayıllı şəhəri


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: