Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponatlar

6-09-2016, 11:30
244

http://s018.radikal.ru/i515/1609/8e/40599ea23b6e.jpg


Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi bu yaxınlarda 26 saxlama vahidi zərgərlik alətləri əldə edib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, alətlər XX əsrin əvvəllərində zərgər kimi fəaliyyət göstərmiş Kazım Ejdərbəy oğluna məxsus olub. Bu alətlər müxtəlif ölçülü narın dişli yeyələr, bizlər, simkeşlər və başqa zərgərlikdə istifadə olunan alətlərdən ibarətdir. Bu alətlərdən ağacdan hazırlanmış əl məngənəsi üzük qaşının oturdulması, yeyələnməsi və s. məqsədlərlə istifadə edilib. Alətin analoqu olmadığına görə onun yiyəsi tərəfindən konstruksiya edildiyi güman olunur. Alətlər Azərbaycan zərgərlərinin yüksək yaradıcılıq qabiliyyətləri ilə yanaşı, konstruksiyaçılıq bacarığına malik olduğunu da nümayiş etdirir. Əldə olunan alətlərin bir qismi muzey kolleksiyasında yeni olduğu üçün materiallar elmi əhəmiyyət kəsb edir.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: