Yaradıcı və elmi ziyalıların forumu haqqında Əsasnamənin layihəsi MDB-nin qərargahında razılaşdırılacaq

6-09-2016, 14:30
473

http://s48.radikal.ru/i119/1609/ab/47b919fb4f92.jpg


MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-9-da Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının forumu haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcək.

Bu, sözügedən sənədin hazırlanması üzrə ekspert qrupunun birinci iclası deyil. Cari ilin aprel ayında ekspertlər Əsasnamə layihəsinə Forumun təşkilinin maliyyə aspektləri ilə bağlı irad və təklifləri müzakirə edib, onun məqsəd və vəzifələrini, forumun təşkilat komitəsinin və katibliyinin statusunu və funksiyalarını konkretləşdiriblər.

Lakin sənədin layihəsinin dövlətdaxili razılaşdırılması prosesində bir sıra yeni irad və təkliflər yaranıb. Ekspert qrupunun qarşıdakı iclasında həmin irad və təkliflərin müzakirə edilməsi nəzərdə tutulur.

Gözlənildiyinə görə, Forum haqqında Əsasnamə layihəsi qəti razılaşdırılandan sonra müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Ећurasının müzakirəsinə təqdim ediləcək.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: