Bu il 143 yaşayış məntəqəsinə təbii qaz verilib

6-09-2016, 15:30
383

http://s017.radikal.ru/i419/1609/dd/070a5831e221.jpg


Cari ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilməsi məqsədilə cari ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir edilib. Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: