Gəncədə Beynəlxalq sülh günü ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub

7-09-2016, 06:00
390

http://s45.radikal.ru/i108/1609/9c/09cdcff95d9c.jpg


Gəncə Ећəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 21 sentyabr - Beynəlxalq sülh günü ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.

Gənclər evində keçirilən tədbirdə şəhərin universitet və kolleclərində təhsil alan tələbə və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov tədbirin əhəmiyyətini vurğulayaraq deyib ki, hər il beynəlxalq sülh günü ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilir.

Sonra şəhər icra hakimiyyətinin hüquq şöbəsinin nümayəndəsi Azər İbrahimov qeyd edib ki, 21 sentyabr - Beynəlxalq sülh günü 1981-ci ildə BMT tərəfindən təsis olunub. Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır.

Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirib ki, Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda "Sülh aylığı" elan olunur. Bu aylıq çərçivəsində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər təşkil edilir.

Çıxışlarda belə tədbirlərin universitetlərdə də təşkilinin əhəmiyyəti vurğulanıb.

Mənbə: http://www.azertag.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: